Ölkə futbolu
“Qəbələ”nin futbolçusu: “Qol vursam, karyeramın ən gözəl günlərindən biri olacaq”
Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyununa çıxacaq “Qəbələ” AZAL-ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, 2015-ci ilin ilk ev matçından 2 gün əvvəl komandanın düşərgəsində əlamətdar hadisə yaşanıb. Belə ki, gənc futbolçu Elvin Camalov 20 yaşını qeyd edib. Maraqlıdır ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yubilyar əsas komandada 20 matç keçirib. Sabah 21-ci dəfə “qırmızı-qara” forma geymək imkanı olan Camalov akademiyanın yetirmələri arasında əsas komandada ən çox oyun keçirən Müşfiq Teymurovun rekordunu təkrarlaya bilər.
“Dayaq yarımmüdafiəçisi olsam da, hər oyunda qol vurmaq istəyim böyük olur. Akademiyanın yetirməsiyəm və klubda qol hesabımı açmaq istəyirəm. Qol vursam, karyeramın ən gözəl günlərindən biri olacaq. Bunun ad günümdən iki gün sonraya təsadüf etməsi isə ikiqat sevindirici olar. Əsas komandada daha çox oyun keçirmək istəyirəm. Təbii ki, rekordçu olmaq sevindiricidir. Amma mən bu rəqəmin daha böyük olmasını istəyirəm. Oynadığım hər qarşılaşmaya məsuliyyətlə yanaşıram. Gənc olduğumdan tapşırıqların üzərində daha çox çalışıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.
Camalov AZAL-la görüşdə qalib gəlib, azarkeşlərini növbəti 3 xalla sevindirmək istədiklərini bildirib. Yarımmüdafiəçi qalib gəlməyin sirrini də açıqlayıb: “AZAL-la qarşılaşmada isə ilk dəqiqələrdən öz oyun sistemimizi ortaya qoymağa çalışacağıq. Bu qarşılaşma bizim 2015-ci ildə ilk ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, qələbə ilə azarkeşlərimizi sevindirək. Cari mövsümdə AZAL-a qalib gələ bilməmişik. İlk dövrədə uduzduğumuz qarşılaşmada “18-liy”ə düşsəm də, meydana çıxmamışdım. İkinci dövrədəki oyunu isə 4 sarı vərəqə üzündən buraxmışdım. Bu dəfə onlara qarşı oynamaq imkanı qazansam, komandamızın qələbə qazanması üçün bütün bacarığımı ortaya qoyacağam. Qarşılaşmaya bütün oyunlarda olduğu kimi, çox ciddi şəkildə hazırlaşırıq. Artıq bütün fikrimizi də bu matça yönəltmişik. Rəqibi də təhlil etmişik. AZAL-ın hər oyunçusu, hər mövqeyi üzrə müsbət və mənfi cəhətləri bilirik. Matça köklənib, xarakter göstərməli və əzmkar oyunla qələbə qazanmalıyıq. Bu görüşdə 3 xal qazanmaq üçün ilk növbədə də köklənmək və xarakter lazımdır. Biz də meydana çıxıb, ən yaxşı oyunumuzu göstərməklə, qalib gəlmək istəyirik. Bunun sayəsində bütün qarşılaşmalarda qalib gələ bilərik”.
gabalafc.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi