29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Roman Qriqorçuk: “Komanda mən istədiyim kimi oynamadı”

“Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözlər “Bakı” ilə oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis özündən əvvəlki məşqçilər barədə danışmaq istəmədiyini bildirib: “Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq. Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi”.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31