9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Nizami Hacıyev: “Sxadadze getsə də, qalsa da məqsəd çempionluqdur” (Müsahibə)

“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev “Sumqayıt”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Sumqayıt”a qarşı baş tutan oyun barədə nə deyə bilərsən?

- Rəqibi təhlil etmişdik. Bilirdik ki, “Sumqayıt”a qarşı bizi asan oyun gözləmir. Bu komanda ilə ikinci dövrədəki qarşılaşmamız da çətin alınmışdı. Budəfəki oyun da çox çətin keçdi. Şanslarımız oldu. Amma onları dəyərləmndirə bilmədik. Nəticənin ədalətli olduğunu deməzdim. Rəqib də pis oynamadı. “İnter” çempionluğa oynayır. Çoxları düşünə bilər ki, qızıl medallar uğrunda yarışan komanda mütləq “Sumqayıt”ı məğlub etməlidi. Rəqib də bizi yaxşı təhlil etmişdi. Qazanılan 1 xal münasibəti ilə onları təbrik edirəm.

- Oyunun gedişində sanki bir qədər aqressiv idin. Bu nədən irəli gəlirdi?

- Öz oyunumuzu göstərə bilmədik. Əsəbi olmağımız da bundan irəli gəlirdi. Halbuki Türkiyədə çox yaxşı çıxış edirdik. Öz meydanımızda qələbə qazanmaq istəyirdik, alınmadı. İlin ilk oyunu idi. Start matçları həmişə çətin olur.

- Türkiyədə keçdiyiniz ağır məşqlərin bugünki oyununuza təsiri oldu?

- Deməzdim. 3 həftə Türkiyədə hazırlıq keçdik. İlk həftə çox çətin idi. İkinci həftə gündəlik məşqlərin sayı ikiyə endi. Son həftə isə oyun proqramına əsasən hazırlaşırdıq. Elə olurdu ki, səhər məşq edib, axşamlar dincəlirdik. Ya da əksinə. Fiziki cəhətdən komandanın durumu çox yaxşıdır.

- Baş məşqçiniz oyunsonrası mətbuat konfransında bildirdi ki, yoxlama görüşlərinə görə “İnter”i tərifləməyə dəyməzdi. Düşünmək olar ki, bu gün “İnter” arxayınçılığın qurbanı oldu?

- Komandada arxayınçılıq olduğunu düşünmürəm. Düzdür, hazırlıq prosesində “Kasımpaşa”, “Kayrat” kimi güclü klublara qalib gəldik. Lakin özümüzdən razı deyilik. Baş məşqçinin sözündə həqiqət var. Qələbə qazananda istər-istəməz oyunçu arxayınlaşır. Amma arxayınlaşmaq olmaz. “Sumqayıt”la oyunda itirilən 2 xal bizi ayıltmalıdır.

- Gələn tur “İnter”i “Xəzər Lənkəran”la səfər oyunu gözləyir...

- Bugünki xal itkisindən sonra özümüzü toparlamalıyıq. Çünki Lənkərandakı oyun daha ağır keçəcək.

- Kaxaber Sxadadze yayda “İnter”i tərk edəcək. Bu məqam oyununuza təsir göstərir?

- Bu barədə komanda daxilində çox söhbət etmişik. Sxadadzenin komandada qalıb-qalmayacağı hazırda mənə maraqlı deyil. Lazım olan nəticəni əldə etməliyik. Biz futbolçuyuq və işimiz komandaya kömək etməkdir. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməliyik. Çempionat qurtarandan sonra bu haqda düşünmək olar. Sxadadze getsə də, qalsa da məqsəd çempionluqdur.

- “Sumqayıt”la oyundakı heç-heçədən sonra lider “Qarabağ”la aranızdakı xal fərqi 4-ə endi. Amma Ağdam klubu “İnter”lə müqayisədə 1 oyun az keçirib. Həmin oyunda əsas rəqibiniz qalib gəlsə, fərq 7 xal olacaq. Bu fərqi aradan qaldırmaq çətin olmayacaq?

- 7 xal böyük fərqdi. Buna görə də səhvi özümüzdə axtarmalıyıq. “Qarabağ”ın məlubiyyətini gözləməli deyilik. “Qarabağ”ın xal itirməyini gözləmək futbolçunun mənliyinə də yaraşan hal deyil. Hər oyunda qələbə qazanmalıyıq. Ağdam klubu ilə qarşıda 2 oyunumuz var. Həmin oyunlarda qələbə qazansaq, xallarımız bərabərləşə bilər. Əslində “Qarabağ” haqda heç düşünmürük də. İlk növbədə özümüz lazım olan nəticəni qazanmalıyıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30