9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

"Bakı"nın hücumçusu: "Qəbələ”də ehtiyat ediləsi futbolçu yoxdu"

“Qəbələ” ilə oyuna yaxşı hazırlaşırıq. Əlimizdən gələni edəcəyik. Həmişəki kimi əzmkar mübarizə aparacağıq. Öz meydanımızda oynayacağımızdan, qələbə qazanmaq şansımız da var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Nurlan Novruzov deyib.

 Qış fasiləsinə 9-cu pillədə yollanan “Bakı” çempionatın ikinci yarısına “Qəbələ” ilə görüşlə start verəcək. Novruzovun sözlərinə görə, paytaxt klubu bu görüşdən 3 xalla ayrılmaq iqtidarındadı.

“Rəqibin heyətində ehtiyat ediləsi futbolçu yoxdu. Düzdü, “Qəbələ” böyük klubdu və iddialılar sırasındadı. Buna baxmayaraq, biz də meydana uduzmaq üçün çıxmırıq. Azarkeşlərimizin önündə qələbə qazana bilərik. Qış hazırlığımız ürəyimizcə olmasa da, normal şəraitdə keçdi. Maddi durumumuza görə Bakıda qalası olduq. Amma bu, bəhanə olmamalıdı. “Qəbələ” ilə oyuna 3 xal üçün çıxacağıq” - deyə, Novruzov bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30