29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Mirbağır İsayev: “Komanda elit-raundun oyunlarına 70 faiz hazırdır”

Yanvarın 10-dan 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev affa.az saytına açıqlama verib: “İki həftə davam edən təlim-məşq toplanışımız səmərəli keçdi. Həm fiziki məşqlər keçdik, həm də yoxlama oyunlarında gücümüzü sınadıq. Komanda elit-raundun oyunlarına 70 faiz hazırdır. Yoxlama oyunlarında çatışmazlıqları gördük. Təbii ki, səhvlər oldu və onları düzəltməyə çalışırıq.

Bizim üçün sevindirici cəhətlərdən biri də milli komandanın baş məşqçisi Robert Prosineçkinin məşqlərimizi və yoxlama oyunlarımızı izləməsidir. Onunla görüşümüz oldu. R.Prosineçki futbolçularla bağlı fikrini açıqladı, müəyyən tövsiyələr verdi.

Antalyada olduğumuz müddətdə Məşqçilər Şurasının üzvləri ilə də görüşdük, fikir mübadiləsi apardıq. Onlar da öz tövsiyələrini bildirdilər.

Növbəti toplanışımız fevralda Bakıda olacaq. Həmin hazırlıq zamanı 2 yoxlama oyunu da keçirəcəyik. Qarşılaşacağımız komanda da məlumdur. Fevralın 18-də və 20-də Rusiyanin U-17 yığması ilə qarşılaşacağıq.

Elit-raunddakı rəqiblərimiz haqda mütəmadi məlumatlar toplayırıq. Portuqaliya, Serbiya və Xorvatiya yığmasının iştirakı ilə keçirilmiş oyunların videoyazısı var. Yaxın günlərdə Xorvatiya komandasının son oyunlarından birinin də videoyazısını əldə edəcəyik. Bir sözlə, qalan vaxtdan hazırlıq üçün maksimum istifadə etməyə çalışırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31