8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Turan Tovuz"da türkiyəli baş məşqçi

Badri Kvatarsxeliyanın gedişindən sonra məşqçi axtarışına çıxan "Turan Tovuz"da bu problem artıq arxada qalıb. Futbolxeber.az-ın məlumatına görə, klub Tovuz futboluna heç də yad olmayan məşqçiyə, türkiyəli mütəxəssis Səlahəddin Dərvəndlə razılığa gəlib. 2004-2006-cı illərdə köməkçi, 2008-ci ildə isə "Turan"da baş məşqçi işləmiş Dərvənd bu gün Tovuza gəlib və futbolçulara təqdim olunub. Təqimat mərasimində klubun prezidenti Namiq Məstanov yeni baş məşqçi haqda xoş sözlər söyləyib və klubun gələcək planları və strategiyası haqda həm məşqçiyə həm də futbolçulara məlumat verib. Səlahəddin Dərvənd isə öz növbəsində yenidən Tovuzda olduğu üçün şad olduğunu, Azərbaycanın da onun vətəni olduğunu bildirib və tərəddüd etmədən yenidən Tovuzda çalışmaqdan məmnunniyyət hissi duyduğunu deyib. Komandanın kapitanı Asəf Qədiri də yeni baş məşqçilərinə komanda adından uğurlar arzulayıb və sağlam kollektiv sayəsində onun rəhbərliyi altında uğurlar əldə edəcəklərinə inandığını bildirib.

Qeyd edək ki, Səlahhədin Dərvəndlə sabah rəsmi müqavilə imzalanacaq və məşqçinin mətbuat konfransı keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30