Ölkə futbolu
Ramil Şeydayev: "Ermənilər Rusiya millisinə dəvət almadıqları üçün öz ölkələrini seçirlər" (Müsahibə)
“Zenit”in və Rusiyanın gənclər millimizin üzvü, əslən azərbaycanlı olan Ramil Şeydayev Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.
“AFFA-DAN ATAMLA MÜTƏMADİ OLARAQ ƏLAQƏ SAXLAYIRLAR”
- Ramil, əvvəlcə özün haqda məlumat verərdin. Harada doğulmusan, futbola gəlişin necə baş tutub?
- Mən elə burada (Sankt-Peterburqu nəzərdə tutur-red.) anadan olmuşam. Futbola uşaqlıqdan böyük həvəsim olub. İlk addımlarımı da “Zenit”in uşaq məktəbində atmışam. Daha sonra əvəzedici heyətlə müqavilə imzaladım. Bu gün əsas komandanın heyətində məşq edirəm.
- Azərbaycanda olmusan?
- Hə, bir neçə dəfə olmuşam.
- Sonuncu dəfə nə vaxt vətənə səfər etmisən?
- 2013-cü ilin ün yayında. Orada qohumlarım yaşayır.
- Valideynlərinin hər ikisi azərbaycanlıdı?
- Yox, yalnız atam azərbaycanlıdı.
- Bu gün çoxlarını sənin hansı ölkənin millisini seçəcəyin maraqlandırır. Azərbaycan, yoxsa Rusiya?
- Bu suala çox cavab vermişəm.
- Müsahibələrində demisən ki, Azərbaycandan heç kim mənimlə əlaqə saxlamayıb. Amma dəqiq bilirəm ki, AFFA-dan səninlə də, atanla da dəfələrlə danışıblar.
- Düzdür, atamla danışırlar mütəmadi olaraq. Amma mən qərarımı qəbul etmişəm. Rusiyanın əsas millisinin formasını geymək istəyirəm. Burada perspektiv daha çoxdu. Azərbaycana qarşı pis niyyətim yoxdur. Burada oynamasaydım, məmuniyyətlə Azərbaycan millisinin şərəfini qoruyardım.
“AZƏRBAYCANA HÖRMƏT ETSƏM DƏ, ORADA PERSPEKTİV AZDI”
- Deməli, Azərbaycana ikinci variant kimi baxırsan?
- Azərbaycana hörmət edirəm. Amma orada perspektiv azdı. Futbol oynamaq, inkişaf etmək üçün burada olmalıyam. Yalnız Rusiya millisinin formasını geyəcəyim halda Avropanın böyük klublarına getmək şansım olacaq.
- İstənilən halda, əslən Azərbaycandan olduğun üçün gələcəkdə millidə problemlər yaşaya bilərsən.
- Azərbaycanlı olsam da, əsas odur ki, rus pasportum var.
- Atan da səninlə həmfikirdi?
- Təbii ki. Biz birgə məsləhətləşib bu qərarı qəbul etmişik. Hələ ki mənim üçün ən yaxşı variant Rusiyanı seçməkdir.
- Rusiyanı ürəyivin səsinə qulaq asıb seçirsən, yoxsa sırf peşəkarlığa görə?
- Ürəyimin nə deməsi mühüm deyil. Əsas odur ki, peşəkarlıq baxımından Rusiya futbolu Azərbaycandan üstündür. Mən inkişaf etmək, daha irəli getmək istəyirəm.
- Azərbaycanı seçəcəyin halda, Rusiyada legioner sayılacaqsan. Yəqin ki, seçimində bu amilin də rolu var. Düzdür?
- Təbii ki.
- Amma “Zenit”in akademiyasının direktoru Vladimir Kazaçonok bu günlərdə Futbolxeber.az saytına müsahibəsində qeyd etdi ki, Ramil güclü futbolçu və “Zenit”in əsas heyətinə düşməyə layiq olsa, klub üçün onun pasportunun rəngi fərq etməyəcək...
- Belə də ola bilər. Amma etiraf edək ki, Rusiya pasportu ilə əsas heyətə düşmək daha asandı.
“SƏMƏDOVUN TALEYİNİ YAŞAMAQDAN QORXMURAM”
- Aleksandr Səmədov da Rusiya millisini seçdi və Bakıda Azərbaycana qarşı oyunda azarkeşlərin təzyiqi ilə üzləşdi. Səmədovun aqibətini yaşamaqdan qorxmursan?
- Yox, qorxmuram. Bu haqda ümumiyyətlə düşünməmişəm. İlk növbədə Rusiya millisinin heyətinə düşmək lazımdı
- DÇ-2018-in Rusiyada keçirilməsinin də qərarında rolu var?
- İlk növbədə həmin vaxta kimi yaşamaq lazımdı. Digər tərəfdən də dünya çempionatında iştirak etməyi hər bir futbolçu arzulayır. Azərbaycan millisinin ora düşəcəyi inandırıcı deyil. Lakin Rusiya millisi yüz faiz mundialda çıxış edəcək.
- Nəzərə alaq ki, 2020-ci ildə Bakıda da Avropa çemponatının oyunları keçiriləcək.
- Bilirəm
- “Spartak”ın formasını geyən həmyaşıdın Ayaz Quliyev də səninlə eyni fikirdədir. Onun üçün də ilk növbədə Azərbaycan yox, Rusiya millisidir...
- O da, mən də Azərbaycanı sevirik. Ayazla bu məsələni çox müzakirə etmişik.
“ERMƏNİLƏR ÖZ MİLLİLƏRİNDƏN BAŞQA HEÇ KİMƏ LAZIM DEYİLLƏR”
- Sizdən fərqli olaraq, burada çıxış edən ermənilər Rusiyanın deyil, öz ölkələrinin millilərini seçirlər. Onlardan fərqiniz nədədir?
- Elə erməni göstərin ki, Rusiya millisinə dəvət alıb. Mən eləsini tanımıram. Çağırsaydılar, onlar da Rusiyanı seçərdilər. Aşağı yaş qruplarında erməni futbolçular var. Lakin zaman keçdikcə, əsas milliyə dəvət almaqdıqlarınan Ermənistanı seçirlər.
- Movsisyan bu gün “Spartak”ın əsas hücumçularından biridir. Səncə, ruslar elə hücumçunu öz millilərində görmək istəməzdilər?
- O, daha əvvəl Ermənistan millisində oynamışdı. Əvvəldən şansı olsaydı, Rusiyanı seçərdi. Onlar Ermənistandan başqa heç kimə lazım deyillər.
- Bilmirəm tanıyırsan, ya yox, Uruqvayın “Alyans Lima” klubunda Mauro Quevqeozian adlı futbolçu var. Montevideoda anadan olub. Uruqvay millisindən təklif alsa da, Ermənistan yığmasını seçdi...
- ... (susur)
“AZƏRBAYCANI, VƏTƏNİMİ RƏDD ETMİRƏM”
- Düşünmə ki, sənə təzyiq göstəririk. Sadəcə, qərarıvı hər nə qədər peşəkarlıqla əlaqələndirsən də, bir azərbaycanlı kimi bizə pis təsir edir.
- Başa düşürəm. Mən Azərbaycanı, vətənimi rədd etmirəm. Ölkəmi də çox sevirəm. Hər dəfə imkan olanda ora gedirəm. Babam, nənəm, bibim, əmim - hamısı orada yaşayır.
- Bakıda?
- Yox, Kürdəmirdə. Mən orada çox olmuşam. İstirahət də etmişəm. Azərbaycanı hər nə qədər sevsəm də, futbol baxımından Rusiya daha yaxşıdı.
- Deyirsən ki, Azərbaycanın futbolu zəifdi. Sən, Ayaz, eləcə də başqaları gəlsə, millimiz inçkişaf edər. Nəzərə alaq ki, son zamanlar Azərbaycanda da gənc istedadların sayı kifayət qədərdi.
- Bu haqda heç nə deyə bilmərəm.
- Azərbaycanla müqayisədə axı, Rusiya millisinə düşmək sənin üçün çətin olacaq.
- Çox şey baş məşqçidən də asılıdır. Məni bəyənsə çağıracaq. Milliyə dəvət almaq üçün isə ilk növbədə klubda oynamaq lazımdır.
“PUL TƏKLİF ETSƏLƏR BELƏ, AZƏRBAYCANI SEÇMƏRƏM”
- Nə vaxta kimi Rusiyanın əsas millisindən dəvət gözləyəcəksən?
- Gənclər yığmasında çıxışımı başa vurandan sonra.
- Elə futbolçular olub ki, Azərbaycan millisinin formasını geymək üçün AFFA-an pul tələb ediblər. Bəlkə...
- ... (sözümü kəsir) yox, yox. Mənim belə bir fikrim yoxdur. Bilirəm ki, Azərbaycan futbolunda böyük pullar dövr edir. Lakin mənim üçün pul birinci sırada deyil. İrəli getmək üçün bu yaşda futbol oynamaq lazımdı. Qabağa getdikcə pul özü gələcək.
- Belə çıxır ki, sən “öz kəndində birinci adam olmaqdansa, Romada ikinci adam olmağ”ı seçirsən?
- ... (yenidən susur)
“1 DƏFƏ DƏ OLSUN HALK VƏ VİTSELDƏ ÖZÜNDƏNRAZILIQ GÖRMƏMİŞƏM”
- Klubda gələcək perspektivi necə görürsən?
- İndi əsas heyətlə birgə təlim-məşq toplanışına gedirik. Baş məşqçi ilə söhbətim olmayıb. Amma orada olduğumuz müddətdə danışacağıq. Mənimlə bağlı hansı planlarının olduğunu bilməliyəm.
- Digər məşqçilərlə çalışmasan da, yəqin ki ən azından məşq prosesini izləmisən. Andre Villaş-Boaşın Luçano Spaletti və digərlərindən fərqi nədədir?
- Spaletti ilə məşq etməmişəm və bu suala birbaşa cavab verə bilmərəm. Amma eşitmişəm ki, Villaş-Boaşın məşqləri çox yaxşıdır. Fərqlərini isə bilmirəm.
- Halk, Vitsel kimi ulduzla birgə məşq etmək necə hissdir?
- Əvvəl çox sevinirdim. Çünki hamısı ulduzlardı. İndi artıq öyrəşmişəm. Mən də inkişaf etmək və gələcəkdə onlar kimi oynamaq istəyirəm.
- Həmin ulduzlar özlərini yuxarıdan aparmırlar?
- Yox, çox sadədirlər. 1 dəfə də olsun ki, onlarda özündənrazılıq görməmişəm. Normal ünsiyyətdə oluruq. Elə də olur ki, kömək edirlər, məsləhətlərini verirlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”