29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Şahin Diniyev: “Yaşar Vahabzadə işinin öhdəsindən layiqincə gələcək”

Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Şahin Diniyev Yaşar Vahabzadənin U-21-in baş məşqçisi təyin edilməsinə münasibət bildirib. Hazırda Sankt-Peterburqda olan Diniyev Futbolxeber.az saytına verdiyi açıqlama təyinatla bağlı deyib: “U-21-in baş məşqçi postuna yerli mütəxəssisin təyinat alması sevindiricidir. Məşqçilər Şurasının iclaslarında da demişdim ki, aşağı yaş qrupu üzrə milli komandaların çalışdırıcıları yerli məşqçilər olsa, daha yaxşı olar. Artıq Yaşar Vahabzadənin təyinatı rəsmiləşib. Federasiya rəhbərliyinin qərarı alqışlanmalıdır. Neçə illərdir ki, Vahabzadə U-21-də köməkçi məşqçi kimi çalışır. Bütün futbolçuları yaxşı tanıyır, kimin nəyə qadir olduğunu bilir. Biz də əlimizdən gələn dəstəyi verəcəyik ki, uğur qazansın. Vahabzadəyə inanırıq. Əminəm ki, işinin öhdəsindən layiqincə gələcək”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31