28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Elxan Məmmədov: “Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin”

AFFA-nın baş katibi Elxan Məmmədov Eddi İsrafilovun Azərbaycan millisinin təklifini qəbul etməsinə münasibət bildirib. Futbolxeber.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov deyib: “İlk növbədə qeyd etmək lazımdır ki, uzun müddətdir Eddi ilə danışıqlarımız davam edirdi. Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir. 2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddi gənc idi və La Liqada oynamırdı. Onun potensialı tam görünmürdü. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agenti ilə danışırdıq. O bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31