9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Emil Balayev Almaniyada ilk kubokunu qazandı

“Ayntraxt”a transfer olunan millimizin üzvü Emil Balayev Almaniyada ilk kubokunu qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Frankfurt təmsilçisi ənənəvi “Harder” kubokunun qalibi olub. Mini-futbol turnirində Balayevin komandası ilk mərhələdə keçirdiyi 4 oyundan 3-də qalib gələrək, finala adlayıb. Həlledici mərhələdə “Ayntraxt” digər millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Karlsrue” ilə üz-üzə gəlib. Matç 4:4 hesabı ilə başa çatıb. Yekunda qalibi 9 metrlik zərbələr müəyyənləşdirib. Bu zaman Emil Balayev rəqibin sonuncu zərbəsini dəf etməklə, komandasına 5:4 hesablı qələbə qazandırıb. Maraqlıdır ki, 9 metrlik zərbələr seriyasında Emilin qapısında gördüyü 4 qoldan ikisinin müəllifi Nazarov olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30