9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

"Sumqayıt" bir futbolçu ilə yeni müqavilə imzaladı, digərini icarəyə verdi

"Sumqayıt" Futbol Klubu müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqaviləyə imza atıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2014/2015 mövsümünün yekununda müqaviləsi bitəcək olan əslən sumqayıtlı futbolçuyla daha 1 illik razılaşma imzalanıb.

Qeyd edək ki, Bəxtiyar arxada qalan 16 turun 15-də çıxış edib. O, 15 qarşılaşmada ümumilikdə 1021 dəqiqə meydanda olub.

"Sumqayıt"ın və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli isə "Zirə"də çıxış edəcək. 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər adıçəkilən kluba icarəyə verilib.

Qeyd edək ki, Tərlan cari mövsümdə "Sumqayıt" FK-nun əvəzedici komandasında 13 oyunda meydana çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30