Ölkə futbolu
Mais Mənsimov: “Xəzər Lənkəran” daim iddialı olacaq!" (Müsahibə)
“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi
- Öncə Oğuz Çetinin istefası barədə fikrinizi bilmək istərdik...
- İkinci dövrənin son matçından sonra baş məşqçi Oğuz Çətinlə görüşümüz oldu. Mövsümün geridə qalan turları ərzində komandanın nəticələri, həmçinin qarşıdakı dövr üçün planlar müzakirə etməli idik. Lakin, Oğuz bəy görüşə istefa vermək niyyətində olduğunu söyləməklə başladı. Bunun gözlənilməz olduğunu etiraf etməliyəm.
- Yəqin ki, Oğuz Çətin istefa qərarını verərkən səbəbləri də göstərib. Onu bu qərarı verməyə nə vadar edib?
- Əlbəttə ki, baş məşqçidən qərarının səbəblərini soruşduq. O, əsas səbəb kimi istədiyi bütün transferlərin gerçəkləşdiyi halda, lazımi nəticəni əldə edə bilməməsini göstərdi. Məsələni hərtərəfli şəkildə müzakirə etdik və sonda baş məşqçi qərarında israrlı olduğunu söylədi. Oğuz bəyə turnir cədvəlində olan mövqeyimizə baxmayaraq, komandanın oyun planında xeyli inkişaf etdiyini xüsusilə bildirdim. Mənə görə, baş məşqçimizə çox inandığı və transfer etdiyi futbolçuların lazımi formada çıxış etməməsi, komandanın gücünə güc qatmamağı pis təsir etmişdi. Qeyd etməliyəm ki, burada söhbət tək əcnəbi futbolçulardan deyil, həm də yerlilərdən gedir.
- Oğuz Çətinlə yolların ayrıldığı bəlli oldu. Atılacaq növbəti addımlar bəllidirmi?
- Çətinin istefa qərarını onun özü ilə müzakirə edərkən komandanın çıxışını, eləcə də perspektivlərini dəyərləndirdik və müəyyən nəticələrə gəldik. Bildiyiniz kimi, komandada kifayət qədər güclü və təcrübəli futbolçuların olmasına rəğmən stabil nəticə göstərmədik, ən yaxşı halda ardıcıl iki qələbə qazandıq. Belə qənaətə gəldik ki, bu qeyri-stabillik tendensiya xarakteri daşıyır. Oğuz Çətinin kifayət qədər futbol biliyinə malik olmasına rəğmən bu tendensiyanın qarşısını ala bilməməsi isə mövcud heyətin effektivliyini böyük sual altına qoyur. Digər məqam isə ondan ibarətdi ki, bu heyət Çətinin formalaşdırdığı heyətdi. Yəni, bu dönəmdə komandaya kənardan yeni baş məşqçinin gəlməsi heyətin böyük ölçüdə dəyişməsinə gətirib çıxaracaq. Təcrübəmiz də onu göstərir ki, qış fasiləsi bu addımların atılması üçün münasib zaman deyil. Bütün qeyd olunanları nəzərə alaraq, əsas heyət futbolçularının müəyyən qismini komandada saxlanılmasını və baş məşqçi postunun müvəqqəti icrasını əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədova tapşırılmasını qərara aldıq.
- Komandada hansı futbolçuların gedəcəyi, hansıların qalacağı artıq bəlli olubmu?
- Bu barədə ən qısa zaman ərzində məlumat veriləcək. Həmin oyunçuların siyahısı bəlli edilərkən Oğuz bəyin də fikirlərindən yararlandıq. Ümumilikdə, qeyd etməliyəm ki, istefa verməsinə rəğmən Çətinin komandaya dair bir çox məqamlar barədə fikirlərinin bölüşməsi tərəfimizdən çox yüksək qiymətləndirilir. Onunla müzakirələr edərkən sanki bir ildi komandada çalışan məşqçi ilə deyil, uzun müddət klubda çalışan idarəçi ilə danışdığım təəssüratı var idi.
- Elbrus Məmmədovun təyinatı zamanı hansı məqamlar əsas götürüldü?
- Məmmədov artıq üçüncü mövsümdü əvəzedici heyətə rəhbərlik edir. İşinə əlavə şərh verməyə ehtiyac duymuram. Hal-hazırda əvəzedicilərimizin birinci pillədə qərarlaşmaqla “qış çempionu” olması faktı onun işinə ən böyük və layiqli qiymətdi. Komandada əsas heyətdən yalnız bir sıra futbolçunun qalacağını artıq söylədim. Bu isə o deməkdi ki, heyətin digər hissəsini əvəzedici komandanın oyunçuları təşkil edəcək. Məhz qeyd etdiyim bu amillər baş məşqçi vəzifəsinin Elbrus Məmmədova tapşırılmasına tam əsas verir.
- Sizcə, əsas komandada çıxış edə biləcək kifayət qədər gənc futbolçu varmı? Bu addımla “Xəzər Lənkəran”ın iddiasının azaldığı qənaətinə gəlmək olarmı?
- Birinci sualınızın cavabı əvəzedicilərimizin nəticələrində əksini tapır. Bu nəticələr isə bizi razı salır və nikbinliyimizə əsas verir. “Xəzər Lənkəran” hər zaman iddialı olub və bu iddianın azaldığı barədə söhbət gedə bilməz. İddialarımız vacib tərkib hissəsi də futbolçuların yetişməsinə təkan verməkdi. Atdığımız addımların səbəblərini isə tam şəkildə izah etdiyimi düşünürəm. Geniş düşünmək və reallıqlarla uyğunlaşmaq çox önəmidi. Əlbəttə, hal-hazırda komandamızın şərəfini qoruyan gənc və yeniyetmələr olmasaydı, biz bu qərarları əsla verə bilməzdik. Bu gün müxtəlif yaş qruplarına aid milli komandalarda yetirmələrimizin olması və onların sayının ildən ilə artması bizə qürur və inam bəxş edir. “Xəzər Lənkəran”ın iddiasının iki əsas sütunu var – azarkeşlərimiz və yetirmələrimiz. Bu sütunların daimi olduğu kimi, iddiamız da daimi olacaq.
- İdman direktoru vəzifəsində olan Yunis Hüseynov klubda işini davam etdirəcəkmi?
- Klubla komandanın fəaliyyəti bir tərəfdən kəşişsə də, digər tərəfdən onların hər ikisi böyük bir strukturun müstəqil tərkib hissələridi. Bu baxımdan iki hissə arasında əlaqələndirici körpü funksiyasını daşıyan idman direktoru vəzifəsi çox önəmli xarakter daşıyır. Bu vəzifəni hazırda icra edən Yunis Hüseynovun işindən razıyıq və onunla iş birliyimizi davam edirik.
- Bu yaxınlarda AFFA Klublar Komitəsi yaradılıb. Quruma sizin klubun vitse-prezidenti Tuyqun Nadirov rəhbər təyin edilib. Bu qurumun perspektivi və faydası haqda nə düşünürsüz?
- Bu komitənin yaranmasını faydalı addım hesab edirəm. Klubların müxtəlif məsələlərə dair mövqeyini ortaya qoya biləcək və bu mövqeni ən yuxarı səviyyələrdə səsləndirə biləcək bir mexanizmin təməlinin qoyulduğunu düşünürəm. Umidvaram ki, komitənin fəaliyyəti effektiv olacaq. Komitənin yaranması ilə ölkə futbol təsərrüfatında böyük bir boşluğun aradan qalxdığını deyərdim. Bir sözlə, AFFA prezidenti Rövnəq Abdullayevin bu qərarı təqdirəlayiqdi. “Xəzər Lənkəran” daim müxtəlif məsələlərdə mövqeyini çatdırmaq üçün bütün mövcud vasitələrdən istifadə edib, müəyyən hallarda bu istiqamətdə prinsipiallıq da göstərilib. Klubun vitse-prezidenti Tuyqun Nadirovun komitə sədri postuna seçilməsi bizim üçün sevindirici olduğu qədər, həm də məsuliyyətli məqamdı.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
18:49
Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək
-
17:18
"Şamaxı" daha bir futbolçu ilə vidlaşdı
-
16:23
"Zirə" onlarla yollarını ayırdı
-
15:52
Azərbaycanın kişi və qadın basketbol milliləri yarımfinala vəsiqə qazanıb
-
15:36
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib
-
13:07
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
-
12:45
“Millimiz ən azı dördlüyə düşməli idi” - Mütəxəssis rəyi
-
10:24
"Qarabağ"ın qapıçısı Avro-2024 üçün yekun heyətdə
-
09:51
"Qarabağ"ın yarımmüdafiəçisi Kameruna qarşı oynadı
-
09:30
Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər
-
23:54
Murad Məmmədov reytinq turnirinin qalibi oldu
-
21:00
Millimizin heyətində dəyişiklik
-
20:37
Azərbaycanın paraüzgüçüsü Fransada gümüş medal qazanıb
-
20:21
Ardıcıl üçüncü qələbə
-
18:18
Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb
-
16:02
Azərbaycanın amputant millisi Avropa çempionatında 10-cu oldu
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı