Ölkə futbolu
Hafiz Məmmədov: “Şirkətimin müflis olduğu haqda bütün deyilənlər tamamilə əsassızdır!”
“Son günlər Fransa, ardınca bəzi Azərbaycan KİV-lərində mənim majoritar səhmdarı olduğum “Lans”futbol klubunun maliyyə problemlərinə dair bəzi məlumatlar yayılmaqdadır. Bu KİV-lər xəbər verir ki, klubun büdcəsinin formalaşdırılması və oyunçu transferi üçün 2.5 milyon avronu mənim adımdan borc qismində başqa investor köçürüb. İddia olunur ki, əgər mən həmin borcu qaytarmasam yanvarın 1-dən etibarən klubun sahibi həmin investor olacaq”. Futbolxeber.az-ın məlumatına görə, bu, “Baghlan Group” holdinqin prezidenti, “Lans” klubunun səhmlərinin üçdə ikisinin mülkiyyətçisi Hafiz Məmmədovun təcili bəyanatında belə deyilir.
Bəyanat haqqin.az saytının redaksiyasına göndərilib. Bəyanatda daha sonra deyilir: “Rəsmən bəyan edirəm ki, mənimlə həmin investor arasında “Lans”ın büdcəsinə 2.5 milyon avro vəsaitin köçürülməsinə dair heç bir razılaşma mövcud deyil. Mən bu cür müqavilə imzalamamışam və klubun səhmlərinin mənim mülkiyyətimdə olan hissəsinin başqa investorun mülkiyyətinə keçməsini nəzərdə tutan heç bir qanuni razılaşma mövcud deyil”.
Azərbaycanlı oliqarx həmçinin şirkətinin müflis olduğu haqda deyilənlərə aydınlıq gətirib: “Mənim şirkətimin müflis olduğu haqda bütün deyilənlər tamamilə əsassızdır, uydurmadır. Söhbət ancaq pul vəsaitlərinin likvidliyinin çatışmamazlığından gedir və bunun nəticəsində bir sıra layihələr üzrə maliyyə ödənişləri mənim tərəfimdən gecikdirilib. Bu isə öz növbəsində bir neçə il ərzində iri biznes layihələrinə yatırımlarla əlaqəlidir. Gözlənilməz vəziyyətlərdən irəli gələn mürəkkəbliklər var, ancaq heç bir defoltdan və müflis olmaqdan söhbət gedə bilməz. Bizim “Lans”ı maliyyələşdirmək üçün böyük imkanlarımız var. Və bizim fransız klubunun maliyyələşdirilməsini 100 il ərzində həyata keçirmək üçün sağlam ambisiyalarımız mövcuddur. Azərbaycan - Fransa münasibətlərinin indiki səviyyəsini, həmçinin “Lans” klubunun tarixi əhəmiyyətini nəzərə alaraq biz ilk növbədə bu klubun maliyyə problemlərini həll etməyə çalışırıq. Təəsüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar”.
Xatırladaq ki, son günlər Fransa KİV-ləri “Lans” prezidenti Jerve Martel, H.Məmmədov və Anar Məmmədova bağlı “Point to Point” offşor şirkəti arasında bağlanmış müqavilədən yazır. Bildirilir ki, bu müqaviləyə əsasən H.Məmmədovun əvəzindən “Lans”a 2.5 milyon avronu A.Məmmədov ödəyib. Əgər həmin məbləğ qaytarılmasa klubun səhmləri A.Məmmədovun mülkiyyətinə keçəcək. Ancaq daha sonra Fransa mənbələrində belə məlumat yayıldı ki, H.Məmmədov həmin müqaviləyə imza atmadığını, oradakı imzanın saxta olduğunu bildirir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi