9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bakı” Klublar Komitəsinin iclasında hansı məsələni qaldırıb? ÖZƏL

Dekabrın 10-da keçirilən Klublar Komitəsinin ilk iclasında “Bakı”nın icraçı direktoru Yaşar Seyidov təmsil etdiyi kollektiv adından məsələ qaldırıb. Futbolxeber.az-ın məlumatına görə, Yaşar Seyidov “Bakı”nın yetirməsi olan və 18 yaşı tamam olmamış futbolçuların komandanın icazə olmadan digər klublara keçməsinin düzgün olmadığını bildirib.

Qaydalara əsasən 18 yaşı tamam olmamış futbolçu ilə peşəkar müqavilə imzalamana bilməz. Yeniyetmə oyunçular da məhz onların yetişdirən klubla müqavilələri olmadığından digər kollektivlərə asan şəkildə üz tuturlar. Onlar bu addımı “Bakı”dakı maliyyə problemləri ilə əlaqələndirirlər. Bu isə həmin futbolçuları yetişdirən, onların indiki səviyyəyə çatması üçün xeyli vəsait xərcləyən “Bakı” rəhbərliyi qane etmir.

İclasda bu məsələ müzakirə olunarkən təklif irəli sürülüb ki, “Bakı”nın hazırki vəziyyəti nəzərə alınaraq, heç bir klub “zolaqlılar”ın yetirməsi olan futbolçunu heyətinə qatmasın. Əks halda komanda dağıla da bilər. Müzakirələrə yol açan bu məsələdə yekun qərar qəbul etmək mümkün olmayıb. Heç də bütün klublar irəli sürülən təkliflə razılaşmayıblar. Odur ki, məsələ Klublar Komitəsinin gələn həftə keçiriləcək ikinci iclasında yenidən müzakirəyə çıxarılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30