29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Əfran İsmayılov: "Nə qədər gülünc qollar buraxmaq olar?"

"Mən artıq müdafiədəki bərbad oyun haqda danışmaqdan yorulmuşam. Çünki heç nəyin xeyri yoxdur. Hesabda irəli olduğumuz qarşılaşmanı öz səhvlərimizə görə uduzduq.  Bu barədə danışmaqdan bezmişəm. Nə qədər gülünc qollar buraxmaq olar? Biz bu oyunla heç nə edə bilməyəcəyik". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qol.Az-a "Xəzər Lənkəran"ın futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qarabağ"la matçdan (2:3) sonra deyib.

Ə.İsmayılov bildirib ki,  rəhbərliklə də müdafiədəki səhvlər barədə müzakirələr olub: "Söz veriblər ki, fasilədə həmin problemlər həll olunacaq. Yenə də ümidimizi itirmirik".

26 yaşlı yarımmüdafiəçi artıq komandası ilə Avropa Liqasında oynamaq istədiyini söyləyib: "Ancaq belə getsə, buna nail ola bilməyəcəyik"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31