9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millət vəkili ölkə başçısının “Qarabağ”ı qəbul etməsindən yazdı

Millət vəkili Fazil Mustafa ölkə başçısı İlham Əliyevin “Qarabağ”ı qəbul etməsi haqda fikirlərini bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, F. Mustafa bu haqda sosial şəbəkədə yazıb: “Prezidentin "Qarabağ" klubu ilə görüşü və 1 milyon manat ayırması təqdirəlayiq haldır. 1 milyon müasir futbolda böyük rəqəm olmasa da, hər halda oyunçuların motivasiyası üçün olduqca vacibdir. Haqqı çatana haqqı verilməlidir. Dünənki görüşdə prezidentin vurğuladığı bir məqama da diqqət yetirmək istərdim. Dedi ki, komanda məğlubiyyət anında da özünü çox qürurlu, ləyaqətli apardı. Əslində bəlkə də daha çılpaq demək istəmədi ki, komanda özünü tərbiyəli apardı. "Qarabağ"ın özəlliyi də məhz budur. Futbolda peşəkarlığın əsas göstəricisi intizamdır! Adam var ki, milli komandaya bir dəfə çağrılan kimi elə bilir 5-6 dəfə "Qızıl top" alıb. Messini futbolçu saymır. Bilir ki, hakim qərarını dəyişməyəcək, cumur üstünə ki, bəlkə qırmızı verib çölə aysın. Ekstremal vəziyyətdə də insan gərək ədəbli davranmağa özünü alışdırsın. Burada sözsüz ki, məşqçinin xarakterindən asılı məqamlar xüsusi rol oynayır. Mən diqqət edirdim, ən ədalətsiz qərarla qarşılaşanda belə Qurban Qurbanov soyuqqanlılığını itirmədi, çılğınlıq etmədi. İnşallah addım-addım dünyaya özümüzü qəbul etdirəcəyik. "Qarabağ"ın sağ əli Millimizin başına!”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30