29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Sumqayıt”da 3 yubiley

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə qarşılaşması “Sumqayıt” üçün 3 yubileylə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, 2013-cü ilin yayından klubu çalışdıran Aqil Məmmədov “Gənclik şəhəri” təmsilçisini 50-ci çempionat matçına çıxarıb. Bu müddətdə Premyer Liqada 9 qələbə qazanıb, 12 heç-heçə edən sumqayıtlılar 29-cu məğlubiyyətini “Neftçi”dən alıb – 2:3. Bu matçlarda top fərqi 41-84-dür.

Paytaxt təmsilçisinin qapısına vurulan 2-ci qol “Sumqayt”ın Premyer Liqada 100-cü sevinci olub. Buna 114-cü matçında nail olan klubun tarixi qolunu Orxan Əliyev vurub. Texniki nəticələr nəzərə alınmamaqla, “Sumqayıt” 100-cü qolunu 4-cü mövsümündə vurub:  2011/12 - 27, 2012/13 - 31, 2013/14 - 27, 2014/15 - 15.

“Sumqayıt”ın 100 qolunu vuranlardan üçü 10-dan artıq topun müəllifidir: Pərdis Fərcad-Azad - 15, Orxan Əliyev - 14, Məhəmməd Qurbanov - 11.

Qollarının yarısını evdə, yarısını səfərdə vuran sumqayıtlıların “Neftçi” ilə görüşdəki son, ümumilikdə 100-cü qolu səfərdəki 50-ci top olub. “Sumqayıt” evdə də eyni sayda qolun sevincini yaşayıb. “Sumqayıt”ın səfər qolları mövsümlər üzrə: 2011/12 - 14, 2012/13 - 11, 2013/14 - 14, 2014/15 - 11.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31