9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Butenko “Qarabağ”ın üzləşdiyi ədalətsizlikdən danışdı: “Matçın 94-cü dəqiqəsində siyasət ola bilməz”

Rusiya Hakimlər Komitəsinin sədr müavini Andrey Butenko Rusiya mətbuatına verdiyi açıqlamada Avropa Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” - “İnter” matçında hakim səhvinin olduğunu söyləyib. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, Butenko Riçard Almeydanın qolunun sayılmamasında baş hakim və onun köməkçisini günahlandırıb: “Köməkçi hakim bayrağı qaldırsa da topun hansı futbolçunun ayağına dəydiyini görmədi. O hesab edib ki, “Qarabağ”ın futbolçusu oyundankənar vəziyyətdədir, top da məhz ona dəyib. Amma bu yanlış qərardır. Meydan sahiblərinin 41 nömrəli futbolçusu oyundankənar vəziyyətdə deyildi, həm də top ona dəyməyib. Bu məqamda baş hakim məsuliyyəti üzərinə götürməliydi. Azərbaycan komandasının etirazını başa düşürəm. Belə etirazlar heç nəyi dəyişmir. Sadəcə baş hakim və onun köməkçisi cəzalandırıla bilər.

Matçın 94-cü dəqiqəsində siyasət ola bilməz. Əgər hər hansı siyasətdən söhbət gedirsə, ondan əvvəldən bəzi qərarlar olardı. İnsanların taleyini başa düşmək olar. Bu anda insanların taleyi həll olunurdu. Burada siyasət yoxdur. Sadəcə baş hakim və köməkçisi səhv edib. İndi bu məsələdə emosionallıq artıb. Fikrimcə sadəcə baş hakim və laysman operativ qərar qəbul etməkdə çətinlik çəkib. Ona görə də səhv edib. Bacarmayıblar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30