9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Aleksandr Çertoqanov: “Qələbəni biz “Neftçi”yə hədiyyə etdik”

“Sumqayıt”ın üzvü Aleksandr Çertoqanov Premyer Liqanın 16-cı turu çərçivəsində “Neftçi”yə 2:3 hesabı uduzduqları oyun haqda danışıb. Futbolxeber.az saytına verdiyi açıqlamada Çertoqanov adi səhvlərdən rəqibə uduzduqlarını bildirib: “Heç nədən qapımızda qollar gördük. Hər 3 halda özümüz-özümüzə problem yaratdıq. Halbuki yaxşı mübarizə apardıq. Taktikamız elə idi ki, oyunu müdafiədən qurub, əks-hücvumlara çıxmalıydıq. Müəyyən dərəcədə işimizin öhdəsindən gəldik. Hesabı da açdıq. Hər şey yaxşı idi. Amma müdafiədəki səhvlər hər şeyi korladı”.

“Səhvlər təcrübəsizlikdən irəli gəlir” sualını “Sumqayıt”ın futbolçusu belə cavablandırıb: “Təcrübə yoxdu demək düzgün olmaz. Çünki müdafiənin mərkəzində təcrübəli futbolçular oynayır. Daha əvvəl millinin formasını geymiş futbolçulardı. Yalnız sağ cinahda çıxış edən Cəmil Hacıyevi təcrübəsiz hesab etmək olar. Səhvlər aydınlaşdırılacaq. Daha bu cür səhvləri yığışdırmalıyıq. Hər dəfə 2 qol vursaq da, qapımızda 3 qol görüb uduzuduq. “Neftçi” özü təhlükəli epizod yarada bilmədi. Qələbəni biz rəqibə hədiyyə etdik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30