8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Azərbaycanda Səmədova böyük pullar təklif olunmuşdu"

 

“2004-cü ildə Səmədovun Rusiya və Azərbaycan arasında seçim etməyi mənim üçün bir məşqçi kimi çətin an idi. Bütün yoldaşlıq görüşlərində bizdə oynamış Aleksandr Slovakiya ilə start oyunu öncəsi birdən bəyan etdi ki, Azərbaycan yığmasında çıxış etmək istəyir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Rusiyanın gənclər yığmasının sabiq baş məşqçisi Andrey Çernışov deyib. 

Moskvanın “Dinamo” və “Spartak” klublarında, eləcə də yığmadakı çıxışı ilə tanınan rusiyalı müdafiəçi soydaşımız Aleksandr Səmədovun ilk dəfə - hələ Karlos Alberto Torresin vaxtında millimizə gəlmək variantından danışıb.

Həmin vaxt 21 yaşlılardan ibarət yığmanı çalışdıran Çernışovun sözlərinə görə, Səmədovu razı salmaq üçün çox əziyyət çəkməli olublar: “Belə başa düşürəm ki, ona böyük pullar təklif olunmuşdu. Üstəlik, azərbaycanlılar həmin vaxt İngiltərə ilə bir seçmə mərhələdə oynayırdı. “Uembli”də meydana çıxmaq, futbolun tarixi vətənində parıldamaq da öz sözünü deyirdi. Saşanı Rusiya Futbol İttifaqına çağırdılar. Onunla mən də danışdım, agenti Oleq Artyomovu futbolçunu fikrindən daşındırmaq üçün işə qoşdular. Ancaq heç bir şey alınmırdı və Səmədov dediyinin üstündə dururdu ki, Azərbaycanı seçirəm! Birmənalı şəkildə buna köklənmişdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30