Ölkə futbolu
Zəfərimizdəki kədər
“Qarabağ”ın rəsmi saytında dünən “İnter”ə qarşı baş tutan oyundaklı hakim haqsızlığı ilə bağlı yazı yer alıb. Futbolxeber.az “Zəfərimizdəki kədər” adlı yazını təqdim edir:
- Dünən Avropa Liqasının VI turu çərçivəsində baş tutan “Qarabağ” - “İnter” (İtaliya) görüşündə baş vermiş haqsızlıq bütün ölkəni məyusluğa qərq etdi. Milyonlarla azarkeşimiz 90+4-cü dəqiqədə gələn qolla sevinc fırtınası yaşasa da, hakimlər briqadası `Qarabağ` qaydalar çərçivəsində vurulmuş qolunu qeydə almadı. Belədə tarixində ilk dəfə Avropa Liqasında iştirak edən `Qarabağ`ımız 6 xalla qrupu 3-cülüklə bitirdi. Halbuki, o qol sayılsaydı, `Qarabağ`ımız 8 xalla 2-ci olaraq növbəti mərhələ adlayacaqdı..
Hər şey çox gözəl başlamışdı. Ölkə futbol tarixində görünməmiş ajiotaj məhz “Qarabağ”ın adıyla bağlıydi.
İlk dəfə biletlər satışa çıxan kimi 10 min bilet öz sahibini tapdı.
İlk dəfə insanlarımız böyük ümidlərə sarıldı.
İlk dəfə insanlarımız bu qədər “Qarabağ”la Qarabağa yaxınlaşdıqlarını hiss etdilər.
İlk dəfə dünya nəhəngi, 4 il bundan öncə Çempionlar Liqasının qalibi olan “İnter”lə oyunda qələbə həzzini yaşamaq üçün bütünləşmişdilər...
Onlar inanmışdı..Hamı inanmışdı..
“Qarabağ” oyuna ümidlə, zəfər eşqiylə başladı.
31000 stadionda, 9 milyon vətəndaş və yer üzərində “Qarabağ” sevdasıyla yaşayan milyonlarla insanla birlikdə..
Stadiona “Qarabağ” bayraqlarıyla rövnəqlənmiş insanlar növbəti mərhələ həyəcanına bürünmüşdülər.
Hər kəs və hər şey tarixi zəfər üçün hazır idi..
Stadiona daxil ola bilməyən 10 000 insan isə “qolll” səsini duymaq intizarında idilər.
O, “qolll” səsi isə..bizi həm ağladıb, həm də ağladacaqdı..
İlk hissədən sonra hər 2 oyunda bərabərlik qeydə alındı. Bu nəticə “Qarabağ”ın növbəti mərhələ üçün kifayət edirdi. Amma insanların qulağı Kiyevdə olsa da, “Qarabağ”dan qələbə gözləyirdilər. Buna o qədər inanırdılar ki, hətta “Dnepr” qol vuranda belə “Qarabağ”dan ümidini üzmədilər. “Qarabağ”ı daha da hücumlara səslədilər, “Qarabağ”a növbəti tura çağırdılar. Bu tur üçün sadəcə, 1 dəfə “qollll” deyə sevinmək lazım idi...
Və o an...O, qol...Zəfər anı...İfadəolunmaz hisslər..bir-birinə qarışmış göz-yaşları, titrəyən ürəklərdə “Qarabağ”ın zəfərinin təntənəsi...9 saniyədə Qarabağı belə bizə qaytardılar.. Və sonra... O, məşum qərar..
O sevinc qucaqlaşması, ürəkləri riqqətə gətirən zəfər hayqırtıları hakimin yanlış qərarıyla üzüntü selinə döndü..
İnsanların üzüntüsü göz yaşlarına doldu. Uzun bir yoldan gələn `Qarabağ`ı son anda haqq etdiyi qapıdan döndərdilər. Milyonları sevinci puç etdi bir haqsız qərar...
Təbii ki, bütün üzülənlərin başında bu “Qarabağ”ın memarı Tahir Gözel gəlir. Tarix yazmış “Qarabağ”ı ilk günlərdən qəbul edib mənəvi və maddi dəstəyini əsirgəməyən Tahir Gözel “Qarabağ”ın haqqının qorunması, haqq səsimizin eşidilməsi üçün mümkün olan hər şeyi edir.
Hamıdan çox sevinən, hamıdan çox üzülər...Tahir Gözəl kimi..
O üzüntüsünü, sevincə çevirib xalqın haqq etdiyi zəfərə qovuşdurmaq üçün dərhal işə başladı.
Artıq, UEFA-ya müraciət edilib, AFFA, PFL-lə birlikdə məlum hadisəylə bağlı bütün texniki incəliklər öyrənilir. Dünya ictimayyətinə baş vermiş haqsız olayla bağlı informasiyalar göndərilir.
Tahir Gözel Türkiyə, dünya müxtəlif yerlərində yaşayan dostlarına baş verən haqsızlıq haqqında məktublar göndərib.
Tək bir tələb var: “Qarabağ”ın haqqını sona qədər qorumaq!
Tahir Gözəl öz əlaqələri vasitəsiylə məsələnin hərtərəfli olaraq işıqlandırımasına cəhd edir.
Amma Türkiyəyə göndərilmiş bir məktubundakı cümlə yaşanan olayların ən dəqiq tərənnümüdür:
Değerli Abim,
Dün akşam, bizi derinden sarsan ve Qarabağ ile ilgili travmalarımızı tazeleyen haksız hakem kararı konusundakı bilgiler ektedir. Bu olay, cok enteresan. Çünkü, objektif ve basit bir hakem hatası tanımını koymak icin, insanın hayal gücünün dahi zorlandıgı bir pozisyonla karşı karşıyayız.
Türkiye Azerbaycana ve Karabağa sahip cıkmalı. Bu trajediyi lütfen izleyin ve izletin. Takdir sizlerin.
Tarihi bir zaferimizin ortasındakı hüznümüz
Ve
Derin sevgi ve saygılarımla,
Tahir Gözel
“Zəfər içindəki kədərimiz”…Necə dəqiq işlənmiş ifadədir.
Tarixi zəfər içində kədər bir gözünün gülüb bir gözünün ağlamasına bənzəyir. Gözümüzün yaşını (kədəri) silib gülüşümüzü (zəfərimizi) hiss etməliyik.
P.S. Hazırda türkiyəli vəkil “Qarabağ”ın hüququnun bərpa edilməsi üçün mübarizə aparır. Bu yöndə çalışmalar davam edir. Vəkildən gələn cavaba əsasən Tahir Gözəl İsveçrəyə getməyə hazırlaşır. “Qarabağ”ın haqqını qorumaq üçün.. O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə “Qarabağ”ın hüquqularını qorumaq üçün görüşlər keçirmək istəyir. Ancaq, bu ondan yox UEFA-dan gələcək cavab asılıdır.
P.P.S. O hər şeyə hazırdı…Zəfərimizdən kədərimizi təmizləmək üçün..
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi