9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bakıya qələbə üçün gəlmişik”

"İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Türkiyədə çalışmağınız “Qarabağ”la oyuna köməklik göstərə bilər?

- Türkiyədə işləməyimin əhəmiyyəti yoxdur. “Qarabağ”ı yaxşı təhlil etmişik. Bura qələbə üçün gəlmişik.

- “İnter” “Udineze” ilə iki hissədə fərqli oynadı. Bu, yorğunluqla bağlıdır, yoxsa başqa səbəbi var?

- Düşünmürəm ki, burada fiziki amilin rolu var. Biz həmin görüşdə də yaxşı çıxış etdik.

- Razısınızmı, “İnter” və “Qarabağ” qrupda ən zəif hücum xəttinə malik olan komandalardır?

- Bunu deyənlərdən soruşsanız yaxşı olar. Düşünmürəm ki, hücum  xəttimiz zəifdir. Əlbəttə ki, həm “Qarabağ”ın, həm də “İnter”in hücumçuları güclüdür. Bura gəzməyə yox, qələbə qazanmağa gəlmişik.

- “Qalatasaray”dakı uğursuzluğunuz hazırda “İnter”də də davam edir. Bunun səbəbi sizdədir, yoxsa komandalarda?

- Siz yəqin “Qalatasaray”ın ötənilki oyunlarını yaxşı izləmisiniz. “İnter” hazırda 12-ci pillədə olsa da, irəli getməyə çalışırıq.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30