8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Neftçi” sıradan bir rəqib deyil”

“Yaxşı oyun alındı. Hər iki komanda intizamlı oyun sərgilədi. Sona qədər sakit çıxış edən futbolçularımdan razı qaldım”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov rəqib haqda da müsbət fikirlər səsləndirib: “Qarşıda bizi “İnter”lə matç gözləyir. Futbolçuları bu qarşılaşmaya hazırlamağa çalışacağıq. “Neftçi” ilə oyunda 1 xal qazandıq. Hər bir futbolçu tapşırıqları yerinə yetirdi. Qol imkanları yaratdıq. Sadəcə, imkanlardan istifadə etmək mümkün olmadı. Rəqibi də nəzərə almaq lazımdır. “Neftçi” sıradan bir rəqib deyil. Düşünürəm ki, oyunu istədiyimiz kimi sona çatdırmaq üçün daha təmkinli olmalıyıq. Oyunda zədə alan Bədavi Hüseynovun ayağı şişib. İnşallah, “İnter”lə oyuna qədər düzələcək”. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30