8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ” Zaqatala sindromunu qırdı

Azərbaycan çempionu “Qarabağ” “Simurq”la oyunlardakı uğursuz seriyanı qırıb. Futbolxeber.az-ın məlumatına görə, Zaqatala təmsilçisi ilə son 4 səfər oyununda nəinki qələbə qazana, heç qol da vura bilməyən Ağdam təmsilçisi Topaz Premyer Liqasının XIV turunda səfərdə 3:2 hesabı ilə qalib gəlib. 2011-ci il oktyabrın 21-də 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri 1105 gündən sonra rəqibini səfərdə məğlub edib. Bu müddətdə iki dəfə qolsuz heç-heçəyə, iki dəfə 0:1 hesablı məğlubiyyətə üzülən Ağdam təmsilçisinin Zaqataladakı son qolunu həmin matçın 61-ci dəqiqəsində Rauf Əliyev vurmuşdu. İlqar Qurbanovun 23-cü dəqiqədəki qoluna qədər “Qarabağ” 412 dəqiqə meydan sahiblərini məyus edə bilməmişdi. Tarixində yalnız 1 dəfə “Simurq”la matçda 3 qol vuran ağdamlılar 2010-cu il oktyabrın 17-dəki ev oyununda da 3:2 hesabı ilə qalib gəmişdi. Bundan 1474 gün sonra “Qarabağ” “Simurq”u 3 qolla məyus etdi.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30