8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qarabağ”ın həkimi: “Diasın "İnter"lə görüşdə iştirak etmə ehtimalı Reynaldodan çoxdur”

"Qarabağ"ın həkimi Murat Şahinoğlu komandanın zədəli futbolçuları haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, M.Şahinoğlu Reynaldo ilə bağlı deyib: "Bakı" ilə görüşdə Reynaldonun diz bağlarında bir az cırılma olmuşdu. Əslində, onun zədəsi çox ciddi ola bilərdi. Xoşbəxtlikdən diz bağı qopmamışdı. Həmin vaxt Reynaldonun 4 həftəyə yaşıl meydanlara qayıdacağını ehtimal edirdik. Artıq iki həftəsi keçib. Çalışırıq onu "İnter"lə görüşə yetişdirək. Lakin bu, çox kiçik ehtimaldır. Qarşılaşmadan bir gün əvvəl son dəfə futbolçunun MRT-sinə baxıb, ona uyğun qərar verəcəyik”.

Həkim Dais və Çumbino haqda da fikirlərini açıqlayıb: “Diasda "mensk" zədəsi var idi. Onu qış fasiləsində əməliyyat etməyi düşünürdük. Lakin "Sent-Etyen"lə Bakıdakı oyunda arxa əzələsində cırılma aşkarlandı. Biz də daha erkən əməliyyat etməli olduq. Dias bir müddət əvvəl məşqlərə başlamışdı. Ancaq köhnə zədəsini yenilədiyi üçün dönüşü yubandı. Futbolçu artıq fərdi hazırlıq keçir. Bir həftəyə kollektivlə məşqlərə başlaya biləcək. Onun "İnter"lə görüşdə iştirak etmə ehtimalı Reynaldodan çoxdur. Çumbinyo 6 aylıq sıradan çıxmışdı. Artıq 2 ayı geridə qalıb. Fevralın sonlarına qədər sağalmasını ümid edirik. Yəqin ki, gələn ilin mart ayından etibarən komandaya qoşula biləcək" (klubun feysbuk səhifəsi).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30