28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Araz Naxçıvan” PFL-i yalançılıqda ittiham etdı

Çempionatdan çəkilən, lakin fəaliyətini davam etdirən “Araz Naxçıvan” klubu Peşəkar Futbol Liqasını yalançılıqda ittiham edib. Futbolxeber.az-ın məlumatına görə, bu gün Naxçıvan klubunun rəsmi saytında “Həqiqəti əks etdirməyən xəbərlər” başlıqlı xəbərdə qeyd olunub: “Klub çempionatdan imtina etdikdən sonra heç bir AFFA və ya PFL rəsmisi, nümayəndəsi Naxçıvan Muxtar Respublikasına gəlməyib. Bundan başqa, “Araz-Naxçıvan” çempionatdan imtina etməsi barədə rəsmi məktubda da göstərdiyi kimi, yalnız hakimliklə bağlı problemlərə görə çıxışını dayandırdığını bildirib. Klubun maliyyə və ya digər səbəblərdən heç bir problemi olmayıb. Əgər bu tipli problemlər olsaydı, o zaman komanda indi fəaliyyətini davam etdirməzdi. Digər tərəfdən, PFL tərəfindən verilən açıqlamada klubun çempionatda çıxışını davam etdirməsi və imtina etməməsi üçün muxtar respublika təmsilçisinə bir neçə təklif irəli sürdüyü də bildirilir. Tərəfimizdən bildirmək istəyirik ki, bu barədə qurum tərəfindən heç bir təklif almamışıq və yazılanlar əsassız xəbərlərdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31