8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

FİFA referisi hakimlikdən getdi

Elçin Məmmədov öz xahişi ilə hakimlikdən birdəfəlik uzaqlaşdırılıb. Bu haqda Qol.Az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, E.Məmmədov ötən həftə bununla bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova müraciət edib: “Xaqani Məmmədovun mənə dediyinə görə, Elçin Məmmmədov işlərinin çoxluğu səbəbindən hakimlikdən getmək qərarı verib və işdən çıxmaq haqda ərizəni ona təqdim edib”.

PFL prezidenti “Bakı”nın prezidenti Hafiz Məmmədovun istəyi ilə E.Məmmədovun hakimlikdən uzaqlaşdırılması haqda xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, bununla bağlı məlumatlar həqiqətəuyğun deyil: “Bakı” klubu tərəfindən bununla əlaqədar mənə heç bir müraciət olmayıb”.

Xatırladaq ki, E.Məmmədovun “Xəzər Lənkəran”la kubok oyunundan əvvəl “Bakı” klubundan 20 min dollar rüşvət aldığı, sonradan isə geri qaytardığı haqda məlumatlar yayılıb. Bundan sonra “Bakı”nın vitse-prezidenti  Zeynal Məmmədov E.Məmmədovun “Xəzər Lənkəran” tərəfdən rüşvət  aldığını, kubokun yarımfinalında bu komandanın xeyrinə qərarlar qəbul etdiyini bildirib.

Qeyd edək ki, həmin oyunda uduzan “Bakı” kubokun finalına çıxmayıb.

Xatırladaq ki, Elçin Məmmədov futzal üzrə FİFA referisi idi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30