29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Benjamin Lambot: “Qarabağ”a məğlubiyyətə görə utanmamalıyıq”

“Oyuna çox yaxşı başladıq. Erkən qol da vurduq. Amma adi bir səhv hər şeyi korladı. Bundan sonra çətin olacağını bilirdik. Çünki “Qarabağ” güclü rəqibdir”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Simurq” yarımmüdafiəçisi Benjamin Lambot deyib.

“Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışan belçikalı futbolçu, yenilgiyə görə utanmalı olmadıqlarını bildirib: “Hər iki komanda qələbə qazanmaq istəyirdi. Buna görə də azarkeşlər bol qollu matça şahidlik etdiklər. “Qarabağ”ın heyətində Emeqara çox inamlı təsir bağışlayırdı. Ardıcıl 3 çətin oyun keçirdik. “Neftçi” və “Qəbələ”yə qalib gəlsək də, “Qarabağ”a uduzduq. Məncə, bu nəticəyə görə utanmalı deyilik. Göstərdik ki, “Simurq” güclü rəqiblərə qarşı da oynaya bilir”.

Lambort “Simurq”un Avroliqaya vəsiqə qazanacağına inandığını bildirib: “Bu cür davam etsək, həmçinin qışda heyətimizi 1-2 futbolçu ilə gücləndirə bilsək, Avroliqaya yollana bilərik. “Simurq”un buna gücü çatar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31