29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Sent Etyen” - “Qarabağ” oyununun hakimi millimizin darmadağınına şahid olub

Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sent Etyen” - “Qarabağ” matçını islandiyalı Kristinn Yakobsson idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 45 yaşlı FİFA referisi artıq 17 ildir ki, FİFA referisini adını daşıyır. Bu günə kimi avrokuboklarda xeyli oyun idarə edən Yakobssonun yolu klublarımızla ehç vaxt kəsişməyib. O, yalnız bir dəfə - 2008-ci ildə millimizin oyununu idarə edib. Yakobssonin baş hakim olduğu matçda Polşa milli komandamızın qapısından 5 cavabsız qol keçirib.

İslandiyalı referi 10 dəfə avrokuboklarda fransızların matçında baş hakim olub. Bu oyunların 6-da qələbə qazanan Fransa klubları 3 dəfə meydandan yenilgi ilə ayrılıblar. 6 il əvvəl Yakobsson “Sent Etyen”in “Hapoel” üzərində qələbəsinə şahidlik edib.

Maraqlı məqam isə odur ki, bu referinin idarə etdiyi son 11 avrokubok matçında qonaqlar qələbəyə həsrət qalıb. Yakobssonin baş hakim olduğu avrokubok matçlarında qələbə qazanan sonuncu klub “Dnepr”di.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31