28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

George Çixradze: "Əsas məsələ rəqibin zəif nöqtələrini tapmaqdır"

Futbol üzrə Azərbaycan çempionatının 13-cü turunda səfərdə "Qəbələ" üzərində 3-2 hesablı qələbə qazanan "Simurq"un baş məşqçisi George Çixradze komandasının oyunundan razı qaldığını bildirib. Futbolxeber.az xəbər verir ki, gürcü məşqçi komandasının qələbəyə layiq olduğunu deyib: “Oyun çox maraqlı alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Komandalar çox sayda qol epizodu yaratdı. Bu gün bizim komandamız mübarizə apardı, qalib gəlməyə çalışdı. Düşünürəm ki, “Simurq” layiq olduğu qələbəni əldə etdi. Azarkeşlərin də bu oyundan razı qalacağını təxmin edirəm. Son 3 oyunda rəqibi qarşılamağa və qapıya zərbələr endirməyə çalışırıq. Bu gün də eyni işi gördük və 3 qol vurduq. Komandamı oyuna necə hazırladığımı danışsam, bəlkə də sizin üçün maraqsız olar. Əsas məsələ komandanı oyuna yaxşı hazırlamaq və rəqibin zəif nöqtələrini tapmaqdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31