28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“İnter” klubu da bəyanat yaydı

“İnter” klubu bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan həmin bəyanatı olduğu kimi təqdim edir:

- “İnter”PİK-in rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “İnter” - “Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamır.

Klub rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı bildirir ki, “İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze barədə futbol ictmaiyyətinə təqdim olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdır. “İnter” PİK-in rəhbərliyi müvafiq futbol qurumlarının hüquqi qiymət verməsinədək  “İnter” - “Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik kimi qiymətləndirir.

Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında "Xəzər-Lənkəran" komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqladı. “İnter” klubu bir daha bəyan edir ki, bütün klublara hörmətlə yanaşır və K.Tsxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31