Ölkə futbolu
Yılmaz Vural: “Foqtsa yaradılan şəraiti mənə yaratsınlar, daha yaxşı nəticə verim” EKSKLÜZİV
Milli komandamızın baş məşqçi postuna namizəd olan, tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural Futbolxeber.az saytına müsahibə verib.
- Adınız milli komandamızın baş məşqçi postuna namizədlər arasındadır. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycan millisinə namizəd olmaq mənim üçün çox xoşdur. Bu haqda Türkiyə mətbuatına da açıqlama vermişəm. Mənə AFFA-dan hələ ki rəsmi təklif gəlməyib. Amma namizədlər arasında adım var. Dünən sizin Gənclər və İdman Naziri Azad Rəhimov da İstanbuldaydı. Bu haqda jurnalistlər ona da sual verdilər. O da “yox” demədi. Azərbaycan bizim üçün doğma ölkədir. Qardaş ölkənin futboluna fayda verməyi mən də istərəm. Biz Azərbaycanda özümüzü əcnəbi kimi hiss etmirik. Eynən də azərbaycanlılar Türkiyədə qonaq deyillər. Dilimiz, dinimiz, adət-ənələrimiz eynidir. Məni bu posta layiq bilsələr, Azərbaycan futbolunun inkişafı üçün əlimdən gələni edərəm.
- Bəlkə AFFA nümayəndələri sizin deyil, menecerinizlə əlaqə qurublar?
- Mən hər zaman çalışıram öz işimi özüm görüm. Yılmaz Vuralı tapmaq elə də çətin deyil. Siz nömrəmi tapıb, mənə zəng vurmusunuzsa, deməli AFFA rəsmiləri də bunu asanlıqla edə bilərlər.
- Milli komandamızın indiki durumundan xəbəriniz var?
- Əlbəttə, xəbərim var. Bilirəm ki, Avro-2016-nın seçmə mərhələsində komandanız keçirdiyi 4 oyunun hamısında məğlub olub. Bu gün Avropada seçmə mərhələdə xala həsrət qalan 3 yığma var ki, onlardan da biri Azərbaycan millisidir. Bu nəticə çox təəssüfləndiricidir. Çünki bilirəm ki, Azərbaycanda futbola böyük diqqət və qayğı var. Yığma komandanın uğur qazanması üçün hər cür şərait yaradılıb. Eyni problem bu gün Türkiyədə də var. Hər iki ölkədə maliyyə şərtləri çox gözəldir, hər cür şərait mövcuddur. Amma milli komanda azarkeşləri məyus edir. Hər bir vəziyyətdən çıxış yolu var. Bizim də müəyyən planlarımız var. Onları həyata keçirməklə uğur qazana bilərik.
- Ümumi olaraq Azərbaycan futbolu haqda hansı məlumatlara sahibsiniz?
- Desəm ki, bütün günü Azərbaycan futbolunu izləyirəm, düzgün olmaz. Amma tam xəbərsizəm demək olmaz. Mütəmadi olaraq futbolunuzla maraqlanıram. Azərbaycanda çalışan türkiyəli mütəxəssislərdən xəbərdaram. Türkiyədə Superliqada olmasa da, birinci liqada çıxış edən azərbaycanlı futbolçular var. Həmçinin Azərbaycan pasportuna sahib olan, yığmada çıxış edən türkiyəlilər var. Azərbaycan futbolu bizim üçün tanışdır. Orada dostlarımız var. Kifayət qədər məlumata malikəm.
- Daha əvvəl Azərbaycandan hər hansı bir təklif almısınız?
- Biz Azərbaycan futbolunu Mübariz Mənsimova görə tanımışıq. O, çox dəyər verdiyimiz, hörmət etdiyimiz bir şəxsdir. Türkiyədə çox böyük işlər görür. Mübariz bəylə çox gözəl münasibətlərimiz var. Bir neçə dəfə onun sahibi olduğu klubla bağlı söhbətimiz olub. Lakin qismət olmadığından Azərbaycanda çalışmağım hələ ki alınmayıb.
- Sizdən əvvəl millimizi Berti Foqts çalışdırırdı. Onun fəaliyyəti birmənalı qarşılanmadı. Yılmaz Vural hansı keyfiyyətlərinə görə Berti Foqtsdan daha üstündür?
- Özümü tərifləməyi xoşlamıram. Amma ilk növbədə onu vurğulayım ki, mən türkiyəli olsam da, futbol təhsilimi Almaniyada almışam. Hətta alman pasportum da var. Yəni, sıradan bir məşqçi deyiləm. Karyeram var, bir çox klublarda çalışmışam. Özümü Foqtsdan zəif saymıram.
- Azərbaycan millisini çətin vəziyyətdən çıxarda biləcəyinizə inanırsınız?
- Əlbəttə. Foqtsa yaradılan şəraiti mənə yaratsınlar, ondan da yaxşı nəticə verim. İddialı məşqçiyəm, özümə də güvənirəm. Boş-boş danışmağı da sevmirəm. Hər zaman sözümü gördüyüm işlə demişəm.
- Azərbaycanda sizin təyinatınızın tərəfdarı olanlar kimi, buna qarşı çıxanlar da var. Həmin şəxslərin əsas arqumenti odur ki, Yılmaz Vural heç vaxt İstanbul nəhənglərini çalışdırmayıb...
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Mənim haqqımda məlumatı az olanlar şəxsi saytıma daxil olub, karyeramla maraqlana bilərlər. Bəli, İstanbul klublarını çalışdırmamışam. Amma Türkiyədə xeyli klubun baş məşqçisi olmuşam. Baş məşqçi qismində 696 oyuna çıxmışam. Bu, Türkiyədə rekord göstəricidir. Heç bir məşqçi mənim qədər meydana komanda çıxarmayıb. Bunları özümü tərifləmək üçün demirəm. Bu, faktdır. İstanbul klubunu çalışdırmağa gəldikdə isə bu, tək məndən asılı olan məsələ deyil. Bu klublarda tam fərqli sistem var. “Qalatasaray”a, “Fənərbaxça”ya, “Beşiktaş”a yaxın düşmək heç də asan deyil. Amma burada sıravi azarkeşlər arasında “komandada hansı məşqçini görmək istərdiniz” deyərək, sorğu keçirsəniz, onların böyük hissəsi “Yılmaz Vural” cavabını verəcək. Türkiyəni Avropada çox az məşqçi təmsil edir. Eyni problem Azərbaycanda da var. Bu isə ondan irəli gəlir ki, təbliğatımız güclü deyil.
- Sizi nə vaxt Bakıda görəcəyik?
- Bu, tək məndən asılı deyil. Amma bildiyim qədəri ilə Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı bu həftə bilinəcək. Bu məsələ qarşıdakı günlərdə həll olunacaq. AFFA seçimini etmək üzrədi. Həmin məşqçinin mən olub-olmayacağını deyə bilmərəm. Amma böyük ehtimalla, yeni məşqçinin adı qarşıdakı 2-3 gündə bilinəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”