8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Millimiz Norveçlə oyunda yaxşı nəticə qazansa, Mahmud Qurbanov niyə də postunda qalmasın?”

“Futbolda hər bir nəticə mümkündür. Amma mən komandamıza inanıram. Ümid edirəm ki, yığmamız bu gün Norveçlə oyunda yaxşı nəticə qazanacaq”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “Qəbələ”də forma geyən, hazırda zədədən əziyyət çəkdiyinə görə yığmadan kənarda qalan Ruslan Əmircanov deyib.

Təcrübəli futbolçu millidəki baş məşqçi dəyişikliyi məsələsinə də toxunub: “Bundan əvvəl bəziləri deyirdi ki, Foqtsa görə uduzuruq. Amma açıq danışmaq lazımdı. Hər şeyi məşqçinin üzərinə atmaq düzgün olmazdı. Biz futbolçularda da günah var. Meydanda oynayan məşqçi yox, bizik. İndi isə milli Mahmud Qurbanova tapşırılıb. Onun insan kimi necə birisi olduğunu hamı bilir. Futbolçu kimi də böyük uğurlar qazanıb. Azərbaycanda onun qədər çempion olan ikinci futbolçu yoxdu. Məşqçi də təcrübəsi var. Ola bilər ki, millimiz Norveçlə oyunda uğur qazansın. Millimiz Norveçlə oyunda yaxşı nəticə qazansa, Mahmud Qurbanov niyə də postunda qalmasın? Futbolçuları çox yaxşı tanıyır, oyunçuların psixologiyasına bələddir. Üstəlik, doğma dilimizdə danışır”.

Əmircanov millidə əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu qeyd edib: “Hazırda millidə olmasam da, mütəmadi olaraq komanda üzvləri ilə əlaqə saxlayıram. Komandada əhval-ruhiyyə çox yüksəkdir. Uğur qazanmaq da futbolçuların özündən asılıdır. Meydana inanaraq çıxmaq lazımdı. Estoniya millisi Norveçə qalib gəlirsə, biz də bunu təkrarlaya bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30