8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ”dən böyükhesablı qələbə

Premyer Liqanın 12-ci turu çərçivəsində AZAL-a qarşı keçiriləcək matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ”  yoxlama oyununda qüvvəsini sınayıb. Futbolxeber.az-ın məlumatına görə, bu gün əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib.

Dorinel Muntyanu bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Anar Nəzirov, Aleksandru Benqa, Pavol Farkaş, Ruslan Tağızadə, Müşfiq Teymurov, Adrian Ropotan, Andrei Kristea, Dodo, Markinyoş, Yazalde Pinto, Tellur Mütəllimov. Matçın gedişində Rafael Santos Benqanı, Viktor Mendi Markinyoşu, Ekiqo Ehiosun Yazaldeni əvəzləyib. Görüşdəki qolları Yazalde, Markinyoş və Mütəllimov vurublar.

Xatırladaq ki, “Qəbələ”nin əsas komandası noyabrın 12-də Sumqayıtda eyniadlı komanda ilə yoxlama oyunu keçirəcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30