29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Stadion direktoru “Qarabağ” - “Dnepr” matçında baş vermiş bədbəxt hadisəyə görə azarkeşləri günahlandırdı

“Sıxlıq yaradıblar deyə, qapı təzyiqə dözməyib, çıxıb yerindən. Kim istəyərdi ki, o qapı insanların üzərinə düşsün?  Buna görə də stadiona bir az tez gəlmək lazımdır. Bu hadisə oyun başlayandan sonra olub”. Futbolxeber.az-ın məlumatına görə, Korner.az saytına verdiyi müsahibədə bu sözləri Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Qapının yerindən çıxması nəticəsində 1 azarkeş xəstəxanalıq olub, reanimasiyaya yerləşdirilsə də, İsmayılov buna görə heç kimin məsuliyyət daşımadığını bildirib: “Stadion rəhbərliyi heç bir məsuliyyət daşımır. Rəhbərliyin nə günahı var? Stadion hazırlanıb, klub yüksək səviyyədə yola salınıb. Azarkeşlər stadiona gəlməlidirlər, iğtişaş yaratmalı deyillər, hər şey normal olmalıdır. Rəhbərlik nə məsuliyyət daşımalıdır? Qapını itələyiblər, qapı sınıb, düşüb, buna görə məsuliyyət daşıyırlar? Qapını sıxmasan, sındırmasan qapı sınar? Mən indi azarkeşi də günahlandırmıram, o da insandır da. O qapı mənim də üstümə düşə bilər. Düz deyil? Başqa birisinin də üstünə düşə bilər.Yəqin ki, orda sıxlıq yaranıb, biz bütün stadionu gəzib, bütün yerlərə nəzarət edə bilmərik, axı. Hər şeyə nəzarət edən işçilər “Qarabağ”ın tabeliyində idi. Ya azarkeşlər oyuna gec gəliblər, ya orda kimsə darvazanı bağlayıb. Mən orda nə baş verdiyini dəqiq deyə bilmərəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31