29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

2 qol müəllifi: “Qarabağ”ın qapıçısı məndən daha güclü zərbə gözləyirdi”

“Ötürmə gəldi, mən topu yaxşı qəbul etdim və çevrildim. Dərhal zərbə endirmək istəsəm də, alınmadı. Rəqib qapıçı yəqin ki, daha güclü zərbə gözləyirdi. Amma zərbə fərqli alındı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Dnepr”in hücumçusu Nikola Kaliniç “Qarabağ”ın qapısından keçirdiyi ikinci qolu təsvir edərkən deyib.

Vurduğu 2 qolla “Dnepr”ə “Qarabağ” üzərində qələbə qazandıran Kaliniç qeyd edib ki, komandası üçün ölkə çempionatı daha önəmlidir: “Baş məşqçimiz əvvəldən deyib ki, bizim üçün prioritet turnir ölkə çempionatıdır. Bununla belə, Avroliqada da qrupdan çıxmaq uğrunda mübarizə aparırıq”.

“Qarabağ”la oyundan sonra əhval-ruhiyyəniz necədir” sualını “Dnepr”in hücumçusu belə cavablandırıb: “Təbii ki, qələbədən sonra ab-hava əladır. “Dinamo” ilə oyundan sonra psixoloji durumumuz istənilən səviyyədə deyildi. Lakin Bakıdakı qələbədən sonra “Şaxtyor”la oyuna yüksək əhval-ruhiyyədə çıxacağıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31