Ölkə futbolu
“Bakı”nın müdafiəçisi: “Gənclərlə çıxış etmək nə qədər çətin olsa da...” (Müsahibə)
“Bakı”nın müdafiəçisi Vüqar Bəybalayev klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- “Bakı”ya gəlişini necə xatırlayırsan?
- İlk dəfə Məqsəd Yaqubəliyev əvəzedici heyətın baş məşqçisi işlədiyi vaxt baxışa gəldim. İlk məşqdən sonra Məqsəd müəllim bundan sonra bizimlə olacaqsan dedi. Bundan bir ay sonra Gürcüstana Batumidəki təlim-məşq toplanışına sənədləri hazırlamağı tapşırdı. Beləliklə klubun üzvünə çevrildim.
- Premyer Liqada debütun Bakıda yox, Tovuz “Turan”ında olub. Bu necə alındı?
- Əvəzedici heyətdə “Turan”a qarşı oyunda “Turan” rəhbəliyi oyunumu bəyənərək klub rəhbərliyi ilə razılığa gəlib məni istəmişdi. Rəhbərlik və məşqçilər heyəti mənə ora getməklə böyük futbola, Premyer Liqaya qalxmaq üçün yaxşı fürsət yarandığını bildirdilər. Mən də düşünmədən dərhal bu təklifi qəbul etdim. Ertəsi gün icarə əsasında Tovuza yollandim. Premyer Liqada debütüm də bu klubun heyətində baş tutdu.
- “Turan”dan qayıdandan sonra bir müddət ehtiyatda qalırdın. İbrahim Uzuncanın baş məşqçi təyinatından sonra daim əsas heyətdə çıxış edirsən. “Bakı” carı çempionatda əsasən klubun akademiyasında yetişmiş, oyun praktikası az olan gənclərə güvənməklə milli çempionata yeni bir etalon gətirdi. Bu komanda ilə çempionata uyğunlaşmaq sənin üçün necə keçdi?
- Düzün desəm, ilk oyunlarda hər birimizə bir qədər çətin idi. Premer liqada oynamaq üçün az da olsa, vaxt lazım idi. Göründüyü kimi bir neçə oyun keçirdikdən sonra komandamız xallar qazanmağa başladı. Komandadakı gənclər əvəzedicilərin çempionatında bir yerdə oynayıb. Çoxumuz İbrahim Uzuncanın rəhbərliyi altında çempion olmuş komandadanıq. Bu amillə yanaşı təcrübəli azərbaycanlı və legionerlərimizin də yaxşı oyunçu olmasının uğurlarımızda böyük rolu olduğunu düşünürəm. Gənclərlə çıxış etmək nə qədər çətin olsa da, bu, özünü doğrultmaqdadı.
- İlk dövrə arxada qalıb. Ən çətin oyun hansı oldu?
- Qırmızı vərəqəyə görə buraxdığım oyundan başqa bütün oyunlarda Premyer liqada forma geyindim. Çempionatda asan oyun, asan komanda yoxdu. Bütün oyunlar çətin keçir.
- Bildiyin kimi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanda oynanılacaq. Bu vaxta qədər milli komandamızda nəsil dəyişəcək. Millidə oynamaq, Bir gənc kimi Avropa çempionatına qatılmaq şanslarını necə görürsən?
- 4 oyunun ölkəmizdə keçirilməsi çox gözəl haldır. Millimizi də həmin Avropa çempionatında görmək istərdim. O vaxta kimi millidə oynamaq şərəfinə nail olmağı arzulayıram. Bunun üçün çox çalışacağam.
- “Qarabağ” UEFA kubokunda səfərdə “Dnepr”i məğlub etməklə bütün Avropanı təəccübləndirdi. Komandamızın növbəti mərhələ şanslarını necə görürsən?
- “Qarabağ” ölkəmizi indiyə kimi layiqincə təmsil edib. Bundan sonra da elə olacağına şübhəm yoxdu. Növbəti mərhələyə cıxmaq şansı var və bunu bacaracaqlarına inanıram.
- Akademiyadakı yeniyetmələrə tövsiyyələrin…
- Akademiyadakı yeniyetmələrə ilk öncə nizam-intizama fikir vermələrini, böyük-kiçik bilmələrini, həmişə böyüklərə hörmət etmələrini tövsiyə edirem. Birdə ki, çoxlu əlavə məşq etməyi unutmasınlar.
- “Bakı”nı çətin vəziyyətdə tək qoymayan fanatlara nə deyə bilərsən?
- Meydanlara gələn və ya gəlməyib bizi dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Hər oyun meydanda komandamızı tək qoymayan “The Capital” azarkeş qrupunun hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi