10 Iyun 2024, Bazar ertəsi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik

Ölkə futbolu

ŞOK ETİRAF: “Baş məşqçi “Neftçi”yə uduzmağımızı xahiş etdi”

Tovuzun “Turan” klubunun sabiq futbolçusu Valeriy Onile Moldova mətbuatına müsahibəsində 2009-cu il dekabrın 5-də Azərbaycan çempionatında “Neftçi”yə qarşı görüşdə bilərəkdən məğlub olduqlarını etiraf edib. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, moldovalı futbolçu deyib: “Tovuzda oynadığımız zaman “Neftçi”nin sabiq çalışdırıcısı bizdə baş məşqçi idi. Təsəvvür edin, onun çempionluğa oynayan keçmiş komandası Tovuzda qonağımızdır. Bizə heç kim əvvəlcədən oyunu verməli olduğumuzu demədi. Amma start heyət şübhəli idi. Çünki, ilk dəqiqələrdən əvəzedicilərin futbolçularını, daim ehtiyatda qalanları meydana buraxdılar. İlk hissədən sonra hesab 2-0 bizim xeyrimizə idi. Soyunub-geyinmə otağında baş məşqçimiz dedi ki, ona kömək edək. O, bizdən “Neftçi”yə uduzmağı xahiş etdi. Belə də dedi: “Kömək edin, bu gün uduzmaq lazımdır. Amma mükafat da olmayacaq”. Nəticədə biz 2-3 hesabıyla uduzduq. Təcrübəli futbolçular meydana çıxmaqdan imtina etdilər. Onlar bu “şou” da iştirak etmək istəmədiklərini məşqçiylə mübahisə etməklə bildirdilər.”

Qeyd edək ki, 2009-cu ilin dekabrın 5-də Tovuzda keçirilən “Turan”-“Neftçi” görüşündə meydan sahiblərinin baş məşqçisi Nizami Sadıxov idi. Həmin oyunda “Turan” 2-0 hesabıyla öndə olsa da, sonrada 3-2 hesabıyla şübhəli məğlubiyyətə uğrayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30