8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Tahir Gözəl: “Qurban Qurbanov istəsə, qışda yeni transferlər olacaq”

“Komandanın bugünkü oyununu bəyəndim. Hər şey yaxşı idi”. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun “Xəzər Lənkəran” üzərindəki qələbəsini şərh edən T.Gözəl yeni transfer Emeqara haqda da fikirlərini açıqlayıb: “Qarabağ” oyuna yaxşı başladı. Bunun da nəticəsində erkən qollar vurmağa müvəffəq olduq. Amma 3:0-dan sonra rəqib daha yaxşı oynadı. Emeqara da yaxşı oynadı. Amma hələ daha da artırmalıdır. Uyğunlaşması bir qədər vaxt alacaq. Ümumi götürdükdə, yaxşı oynadı”.

Gözəl “Qarabağ”ın qışda mümkün transferlərindən də söz açıb: “Qarabağ”ın Azərbaycanda özəl sevgiyə sahib olduğunu bilirik. Qış transfer pəncərəsində komandada yeni futbolçular peyda ola bilər. Büdcəylə bağlı hər hansı bir problemimiz yoxdur. Bütün səlahiyyətlər baş məşqçidədir. Qurban Qurbanov istəsə, komandaya yeni oyunçular alınacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30