8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Dnepr”in baş məşqçisi: “Bu, “Qarabağ”ın hazırda yaxşı formada olmasından xəbər verir”

Sabah Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində Kiyevdə “Qarabağ”ı qəbul edəcək “Dnepr”in baş məşqçisi Miron Markoviç təmsilçimizə qarşı keçirəcəkləri oyun barədə danışıb. Futbolxeber.az Markoviçin müsahibəsini təqdim edir:

- “Qarabağ” Avroliqanın ilk iki turunda sizdə necə təəssürat oyatdı?

-  Komanda əvvəlcə evdə “Sent Etyen”lə heç-heçə oynadı. Halbuki oyuna görə qələbə qazanmalıydı. Sonra isə səfərdə “İnter”ə uduzdu. Yenə də oyun baxımına görə Milan təmsilçisi böyük üstünlüyə malik deyildi. “Qarabağ” heç də pis komlektləşməyib. Komandada xeyli braziliyalı çıxış edir. Onların iki heyəti var: biri Avroliqa, digər ölkə çempionatında oynayır. Bu iki turnirdə komandanın heyətində xeyli dəyişikliklər olur. Təsnifat mərhələsində güclü Hollandiya təmsilçisini mübarizədən kənarlaşdırması “Qarabağ”ın hazırda yaxşı formada olmasından xəbər verir.

- Zozulya son çempionat oyununda iştirak etmədi. O, qarşıdakı oyuna hazırlaşır?

- Xeyr, Zozulya “Qarabağ”la matçda bizə kömək etməyəcək.

- Heyətdə başqa hansısa problem var?

- Xeyr. Qalan futbolçular oyuna hazırdılar.

- Turnir strategiyası baxımından belə çıxır ki, “Qarabağ”la oyunlarda maksimum xal qazanmaq lazımdır.

- Təbii ki, bunu istərdik. Aydın məsələdir ki, qarşıdakı oyun turnir baxımından həlledici olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30