9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Arif Əsədov və Ernest Nfor üçün yubiley

Azərbaycan Premyer Liqasının VIII turunun “Sumqayıt”la oyunu (1:0) “Neftçi”nin baş məşqçisi Arif Əsədov üçün əlamətdar olub. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, mütəxəssis indiki postunda yubiley - 25-ci qələbəsini qazanıb. 55-ci dəfə “ağ-qaralar”ı baş məşqçi kimi meydana çıxaran Əsədov bu qarşılaşmalarda 19 heç-heçə və 11 məğlubiyyətə imza atıb. Bakılılar onun rəhbərliyi altında 24 dəfə Premyer Liqa, 1 dəfə ölkə kubokunda qələbə qazanıb.

Baş məşqçiyə 25-ci qələbəni qazandıran qolun müəllifi Ernest Nfor “Neftçi”nin heyətində 50-ci matçını keçirib. Bu oyunların 37-si Premyer Liqa, 6-sı avrokubok, 1-i Superkubok, 6-sı Azərbaycan kubokuna təsadüf edib. Kamerunlu bu 50 görüşdə 11-ci qolunu vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30