9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

7 il əvvəlki tarixi oyun: “Bakı” - “Neftçi” 5:1 (Nostalji)

Bu gün “Bakı”nın “Neftçi” üzərindəki tarixi qələbəsindən 7 il ötür. Futbolxeber.az-ın məlumatına görə, 2007-ci ilin 20 oktyabrında “Bakı” “ağ-qaralar”ı 5:1 hesabı ilə darmadağın edib. Bu, “Neftçi”nin müstəqillik dövründə ölkə çempionatlarında aldığı ən ağır yenilgidir. 5:1 sonralar “Bakı” ilə bir çox uğurlara imza atan, hətta qısa müddət millimizi çalışdıran Coko Haciyevskinin Azərbaycan futbolunda möhürü idi. Həmin vaxt “Neftçi”də kimlər çıxış etmirdi ki...Zaur Tağızadə, Rəşad Sadıqov, Rəşad Sadiqov, Branimir Subaşiç, Georgi Adamiya, Rail Məlikov, Vladimir Miçoviç, Aqil Məmmədov və başqaları. Komandanı isə Vlastimil Petrjela çalışdırırdı.

“Bakı”nın şərəfini isə o oyunda Orxan Mirzəyev, Andre Ladaqa, Leandro Qomeş, Əhməd Ticani, Ramal Hüseynov, Rafael Əmirbəyov, Cəmşir Məhərrəmov, İlqar Əbdürrəhmanov, Elnur Abbasov və başqaları qoruyurdu.

Əlavə edək ki, hazırda AFFA prezidenti olan Rövnəq Abdullayev o zaman eyni postu “Neftçi”də tuturdu. PFL rəhbəri Ramin Musayev isə “ağ-qaralar”ın vitse-prezidenti idi. İlk yarıdan sonra komandasının böyükhesabla uduzmasını qəbul edə bilməyən klub prezidenti fasilədə stadionu tərk etmişdi...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30