9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

"Simurq" "Qəbələ" ilə oyuna hazırdı

 

Premyer Liqanın son 5 oyununda qələbəyə həsrət qalan "Simurq" sabah 29-cu tur çərçivəsində "Qəbələ"ni qonaq edəcək. Saat 18:00-da start fiti veriləcək oyunda baş məşqçi Georgi Çixradze yetirmələrinə tapşırıqlarını verə bilməyəcək. Rəqiblərin 18-ci duelində gürcü mütəxəssisi köməkçi məşqçi İqor Getman əvəzləyəcək. 
Futbolxeber.az-ın məlumatına görə, bu gün "Simurq" son hazırlıqlarını da görərək, artıq istirahətə çəkilib. Hazırda Zaqatala təmsilçisinin "Qəbələ" ilə oyunöncəsi heyətində zədəli futbolçu yoxdur. Ancaq son oyunlarda əsas heyətdə özünə yer edə bilən gənc futbolçu Rəşad Eyyubov sarı vərəqə limitini keçdiyinə görə bu görüşdə meydana çıxa bilməyəcək. Turnir cədvəlində dördüncü pillədə qərarlaşan "Simurq", avrokuboklara getmək ümüdini itirməmək üçün, bu görüşdə mütləq qalib gəlməlidir. Həm də son oyunlardakı uğursuzluq sindromundan qurtulmaq üçün Zaqatala təmsilçisinə mütləq qələbə lazımdır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30