29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Arif Əsədov: “Bakı”ya qarşı ikinci hissədə zəif oynamağımızın səbəbi...”

“Qarşılaşma maraqlı alındı. Hazırlıq oyunu idi. Bu səbəbdən də futbolçuları 2 hissəyə bölmüşdük”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Bu gün “Bakı”ya qarşı keçirdikləri yoxlama oyunu (0:0) barədə danışan Əsədov, komandasının yorğun olduğunu bildirib: “Bu gün gənclərə şans verdik. Bu cür oyunlar onların xeyrinədir. Ikinci hissədə komandamın zəif oynamasının səbəbi var. Bu, yorğunluqla bağlıdır. Gündə 2 dəfə məşq keçirik. Bu da istər-istəməz futbolçularda yorğunluq olmasına gətirib çıxarır”.

“Neftçi”nin çalışdırıcısı 2 aparıcı futbolçusunun meydana çıxmamasına da aydınlıq gətirib: “Bu görüşdən sonra artıq sırf “Sumqayıt”la matçın hazırlığına start verəcəyik. Nforla Mirhüseynin meydana çıxmaması səbəbsiz deyildi. Nfor “Qaradağ-Lökbatan”la matçda ayağından xəsarət almışdı. Bu səbəbdən onu əvəzləmişdik. Bu gün isə istirahət verdik. Mümkün qədər tez bərpa olunması üçün çalışırıq. İnanıram ki, “Sumqayıt”la oyuna Nfor meydana çıxa biləcək. Mirhüseyn isə bu gün meydana çıxmalıydı. Lakin son anda qızdırması qalxdı. Ona görə də matça az qalmış adını heyətdən çıxardıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31