29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Şehiç: “Bu cür oyundan sonra 1/16 finala çıxmaq arzusu yaranır”

“Cəmi 1 xal qazandıq. Amma 3 xala layiq idik. Bəlkə də bəxtimiz gətirmədi”. Futbolxeber.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Sent Etyen”lə oyundan sonra “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

O, irəliyə qaçmaq istəmədiyini qeyd edib: “İstənilən halda bu nəticəyə sevinməliyik. Çünki bu, qrup mərhələsindəki ilk oyunumuz idi. Rəqibimiz də zəif komanda deyildi. Təbii ki, bu cür oyundan sonra 1/16 finala çıxmaq arzusu yaranır. Amma irəliyə qaçmaq istəməzdim”.

Şehiç azarkeşlər haqda da fikirlərini açıqlayıb: “Azarkeşləri çox bəyəndim. Onlar stadionu dolduraraq, bizi sona kimi dəstəklədilər. Bu insanlar daha artığına layiqdirlər. Ümid edirəm ki, onlar nəticədən razı qaldılar”.

“Qarabağ”ın qolkiperi öz çıxışı barədə bunları deyib: “İkinci hissədə elə də çox işim olmadı. Amma ilk yarıda bir neçə dəfə oyuna qoşulmalı oldum. Yaxşı oynadıq. Yalnız qol vura bilmədiyimizə təəssüflənirəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31