10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Bakıda keçiriləcək dünya kubokunun püşkatması oldu

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında I Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib.

"Trend" xəbər verir ki, mərasimdə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin adından mərasim iştirakçılarını salamlayan müdafiə nazirinin müavini, təşkilat komitəsi sədrinin 1-ci müavini general-leytenant Çingiz Məmmədov bildirib ki, Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır.
 
"İndiyədək Azərbaycanda Beynəlxalq Hərbi İdman Şurası çərçivəsində cüdo, güləş və boks üzrə dünya çempionatları keçirilib və ölkə bu qurumun Avropa konfransına ev sahibliyi edib", - deyə Ç.Məmmədov bildirib.
 
O, çempionata hazırlığın yüksək səviyyədə keçirildiyini deyib: "İnanıram ki, Bakıda hərbçilərin futbol üzrə dünya çempionatı yüksək idman şəraitində keçiriləcək və ən layiqli komandalar qaliblər sırasında olacaq".
 
Sonra Azərbaycan haqqında film nümayiş etdirilib.
 
Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Hamad Kalkaba isə bu tədbirin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
 
Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən Kalkaba "İdman vasitəsilə dostluq" şüarı altında keçirilən bu yarışın ölkələr arasında dostluq və sülhə təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.
FIFA-nın idarə heyətinin üzvü Uolter Qaq çıxışında qeyd edib ki, bu çempionatın ilk dəfə Azərbaycanda keçirilməsi həm bu ölkəyə qarşı böyük ehtiram, həm də böyük cavabdehlik deməkdir. O bu təşkilatçılığa görə Azərbaycan rəhbərliyinə, xüsusən də Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
 
İyunun 30-dan iyulun 16-dək Bakı şəhərində baş tutacaq hərbçilər arasında I Dünya Futbol Kubokunun oyunları 4 ayrı qrupda keçiriləcək.
 
Püşkatmasının nəticələri:
 
"A" qrupu :
 
1. Azərbaycan
2. İraq
3. Mali
4. Kanada
 
"B" qrupu:
 
1. Əlcəzair
2. Fransa
3. Bəhreyn
4. Keniya
 
"C" qrupu:
1. Oman
2. Kot d`İvuar
3. Almaniya
4. ABŞ
 
"D" qrupu:
 
1. Braziliya
2. Niderland
3. Qətər
4. Kamerun



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30