8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ" rekorda imza atdı

"Qarabağ" Azərbaycan Premyer Liqası tarixində yeni rekord müəyyənləşdirib. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqanın 28-ci turunda səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ilk “altılıq”da qələbə seriyasını beşə çatdırıb.

Final mərhələsinin ilk turunda “Simurq”a səfərdə məğlub olan “Qarabağ” ardınca qələbə seriyasına başlayıb: “Qəbələ” - 1:0, “Neftçi” - 2:1, “İnter” -  3:2, “Bakı” - 1:0, “Qəbələ” - 2:0. Bu, “altılıq” sistemi tətbiq olunduğu çempionatlarda qeydə alınmış yeganə seriyadı. İndiyə kimi final mərhələsindəki ilk “altılıq”lıqda heç bir klub ardıcıl beş qələbə qazana bilməmişdi.

“Qarabağ” bu qələbəylə ikinci sırada bir qədər möhkəmlənərək liderlə üç xallıq fərqin böyüməsinə imkan vermədi. Dördüncü pillədə qərarlaşmış “Simurq”dan isə 14 xal uzaqlaşaraq həm ilk "üçlük"də yerini, həm də avrokuboklara vəsiqəni təmin edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30