9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Simurq" "Qəbələ" ilə oyuna hazırdı

Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qəbələ"ni qonaq edəcək “Simurq” hazırlıqlarını tamamlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir saatdan artıq davam edən çalışmalar isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qruplara bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Məşqdə dizindən əməliyyat olunan yeni transfer Vüqar Mustafayev də iştirak edib. İsinmə hərəkətlərindən sonra o və belində ağrılar olan Əli Gökdəmir komandadan ayrı, fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında çalışmaları davam etdirib. Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri artıq qarşılaşmanın başlama saatını gözləyir.

Qeyd edək ki, "Simurq" - "Qəbələ" matçı saat 17:00-da start götürəcək və Zaqatala klubunun rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30