9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Zaqataladan xalsız qayıtmayacağıq”

Bu həftə keçiriləcək Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” səfərdə “Simurq”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin mövsümlərarası fasilədə heyətinə qatdığı nigeriyalı Ekiqo Ehiosun qarşıdakı matçla bağlı fikirlərini gabalafc.az-a açıqlayıb: “Hər qarşılaşmada olduğu kimi bu dəfə də bütün bacarığımızı meydanda qoyacağıq. Zaqataladakı görüşdə əzmlə mübarizə aparacağıq. Biz meydanda hər şeyi, o cümlədən son oyunun nəticəsini unudub, yalnız matça köklənirik. Ümid edirəm ki, “Simurq”la səfər oyunundan xalsız qayıtmayacağıq. Uğurları sıralamağa nə qədər tez başlasaq, bir o qədər yaxşıdır”.

24 yaşlı hücumçu çempionatın ilk 4 turunu da dəyərləndirib: “Arxada qalan 4 oyun haqqında çox şey deyə bilmərəm. Hər ötən oyun növbəti qarşılaşmada nələrisə daha yaxşı etmək üçün bir addımdır. Bu da çox yaxşı olmasa da, pis də deyil”.

“Qəbələ”də  debütü mövsümün startına təsadüf edən Ekiqo Premyer Liqanın 4 oyununda meydana çıxıb. Nigeriyalı qarşıdakı turlarda komandaya daha faydalı ola biləcəyini düşünür: “Premyer Liqanın startı mənim üçün Azərbaycanda debütlə əlamətdar oldu. Bu oyunlardakı çıxışımı dəyərləndirsəm, deməzdim ki, yaxşı olmadı. Amma daha da artırmaq üçün potensialım var. Bunların ilk matçların olduğunu nəzərə alsaq, növbəti oyunlar üçün daha çox çalışmalıyam. Mən də daha yaxşı oynayıb, komandama daha faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycan Premyer Liqası haqda nə isə demək tezdir. Çünki arxada cəmi 4 oyun qalıb. Lakin bu qısa müddətə əsasən çempionatın zəif olmadığını deyə bilərəm. Bir sözlə, bura gəlməyimə dəyərdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30