Ölkə futbolu
Lippert: “Mən nəticəyə baxmıram”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- İsrail yığması ilə oyundan bir neçə gün keçib. Hansı təəssüratlar var, zaman keçdikcə fərqli görünən məqamlar oldumu?
- Hesab edirəm ki, İsrail yığmasına qarşı komanda xarakter, meydanda gördüyü iş, mübarizə aparmaq baxımından bəlkə də indiyəqədərki ən yaxşı oyununu nümayiş etdirdi. Göstərdiyi oyuna görə komanda üzvlərinə təşəkkürümü bildirmişdim. Lakin ictimaiyyət önündə bunu bir daha etməyi zəruri hesab edirəm. Ancaq bir məsələni də bildirmək istəyirəm. Adətən elə olur ki, bir uğurlu oyundan və həmin oyunla bağlı tərifləri eşitdikdən sonra böyük eniş yaşayırıq. Bəlkə də bu mentalitetlə bağlıdır. İndi əsas istəyimiz odur ki, futbolçular keçmiş oyunla çox yaşamasınlar. Qarşıdakı görüşə tam qüvvəylə hazırlaşsınlar və Avropanın ən yaxşı komandalarından birinə qarşı oyundan daha yaxşı nəticəylə ayrılaq. Məncə, Portuqaliya yığması Avropa çempionu olmağa ən real namizədlərdən biridir.
- Nəticəyə səfərdəki məğlubiyyətin revanşını almaq istəyi təsir etdimi?
- Sözsüz ki, oyunda revanş çalarları vardı. Çünki birinci qarşılaşmada xoşagəlməz oyun və nəticə vardı. Komandada özünü dəyərləndirən hər bir şəxs bu qarşılaşmaya revanş kimi baxmalıydı. Uşaqlar da bu oyuna elə yanaşdılar və indiyə qədər görmədiyim mübarizə əzmi göstərdilər.
- Oyundan əvvəl əsas qapıçılardan ikisi zədələnmişdi. Bu üzdən qapını Şahruddin Maqomedaliyev qorudu. Onun oyunu barədə fikriniz necədir?
- Sözün düzü, o, mənim üçün əsas seçimlərdən biridir. Oyununu mütəmadi izləyirəm. Çempionatdakı görüşlərində də özünü yaxşı tərəfdən göstərir. İlk oyununa çıxdı və əsəblərinə hakim olduğu görünürdü. Sübut etdi ki, ona etimad göstərə bilərik. Heç kim onun istedadına şübhə etməməlidir. Sadəcə, beynəlxalq oyun təcrübəsinə ehtiyacı var.
- Hazırda U-21-in aktivində 7 xal var. Makedoniya yığması ilə hər iki görüşdə, Norveç komandasına qarşı isə Bakıdakı oyunda itirilən xalların dəyəri bu məqamda daha çox hiss olunurmu?
- Makedoniya yığması ilə oyunlardakı nəticəyə görə daha çox təəssüflənirəm. Heyf ki, o qarşılaşmalarda yaxşı nəticə göstərə bilmədik. Norveç yığması ilə görüşə gəlincə, həqiqəti demək lazımdır ki, onlar 70-ci dəqiqədən sonra bacarıqlı komanda kimi özünü göstərdi. Həm də burada başqa amillər də vardı. Bizdə mövsümün sonu idi. Bir çox futbolçular klublarında oynamırdılar. Norveç çempionatında isə 10 tur keçmişdi. Onlar yaxşı formada idilər.
- Portuqaliya yığması ilə oyunun hazırlığı necə gedir?
- Heyətlə bağlı problemlər var. Namiq Ələsgərov bizimlə gələ bilmədi. Tərlan Quliyev isə əsas milliyə çağırıldı ki bu, bizim üçün sevindirici haldır. Özü də bu baxımdan Tərlan yeganə oyunçu deyil. Araz Abdullayev, Elvin Yunuszadə, Qara Qarayev, Emil Balayev də əsas millidədir. İlk iki gün komanda yüngül məşqlər etdi. İndi taktiki hazırlıqlar üzərində işləyirik. Məqsədimiz odur ki, Portuqaliya ilə görüşə komanda tam hazır olsun. Onlar qrupda xal itirməyiblər. Keçirdikləri 7 görüşün hamısında qalib gəliblər. Son iki il yarımda uduzmayıblar. Bizi çox gərgin oyun gözləyir. Üstəlik, komandamızın əsas oyunçularından bir neçəsi yoxdur. Axırıncı görüşdə 1994-cü il təvəllüdlü üç oyunçu ilə meydana çıxdıq. Şahruddin Maqomedaliyev, Taşkın İlter və Azər Salahlı oynayırdılar. Onların sayı daha da arta bilərdi. Əsas odur ki, İsrail yığması ilə matçda olduğu kimi, bu dəfə də futbolçular meydanda əzmkarlıqla oynasınlar. Bu, onlar üçün böyük təcrübədir. Avropanın ən yaxşı komandalarından birinə qarşı səfərdə oynamaq və bacarığını nümayiş etdirmək çox vacibdir. Ümid edirəm ki, futbolçular bizim istədiyimizi nümayiş etdirə biləcəklər. Mümkün qədər yaxşı nəticə göstərməyə çalışacağıq.
- Qələbə qazanılsa, həm özünüz, həm də U-21 rekord miqdarda - 10 xal toplamış olacaq...
- Sözün düzü, mən nəticəyə baxmıram. Ən ümdə məqsəd əsas milliyə futbolçu yetişdirməkdir. Hazırda 5 futbolçu orada çıxış edir. Onların sayının daha çox olmasına çalışırıq.
- Bu, sizin U-21-də son oyununuz olacaq. Geridə qalan 6 il ərzindəki fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Mənə elə gəlir ki, dirçəlişi görməmək mümkün deyil. Öz işimə uzunmüddətli inkişaf prosesi kimi baxırdım. Altı il əvvəl futbolçular belə oynaya bilmirdilər. Onların bacarığı əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədədir. Bu o demək deyil ki, təkcə bizim uğurumuzdur. Klublarda da işlər gedir. Çatışmazlıqlar olsa da, indi inkişaf göz önündədir. Son altı ildəki nəticələr, ümumilikdə, müsbətdir.
- İndi bütün diqqətinizi texniki direktorluğa yönəldəcəksiniz. Bu işdə əsas məqsədləriniz nədir?
- Görməli olduğumuz çox işlər var. Qarşıdan 17 yaşadək futbolçuların Avropa çempionatı gəlir. Məşqçi kursları var. Futbol ədəbiyyatını hazırlamalıyıq ki, bu sahədə işləmək istəyənlərin məlumat ala biləcəyi kitablar olsun. Pro kateqoriyalı kurslar keçirilməlidir. Bundan başqa, klublarda çalışan idman direktorlarının işinə nəzarət eməliyik. Qısa desək, iş çoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”